AZ

Vaşinqton Bakı ilə yeni strategiyaya başlayır

Bakı. Trend:

2025-ci ilin əvvəllərində dünya sanki sürətlənmə mərhələsinədaxil oldu: əvvəllər onilliklərə yayılan siyasi proseslər indi birneçə aya sığışır. Məhz bu sıx və gərgin geosiyasi mühitdə ABŞ yeniYaxın Şərq siyasətini elan etdi - bu dəfə güc ixracatçısı kimideyil, əlaqələr memarı kimi. Yeni kursun əvvəlkilərdən əsas fərqiondadır ki, Vaşinqton soyuq müharibədən bəri ilk dəfəstrategiyasını hərbi mövcudluq üzərində deyil, infrastruktur vəiqtisadi dəhlizlər üzərində qurur.

Yeni konstruksiyanın mərkəzində isə gözlənilmədən Azərbaycandayanır.

ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tomas BarrakınBəhreyndə keçirilən “Manama Dialoqu 2025” konfransındakı çıxışıyeni dövrün proqram sənədinə çevrildi. Amerikalı diplomatsanksiyaların və rejim dəyişikliklərinin dili ilə deyil,dəhlizlərin, bazarların və enerji əlaqələrinin dili ilə danışdı.“Biz nəzarət strategiyasından etimad strategiyasına keçirik”, -deyə o bəyan etdi və Xəzərdən Aralıq dənizinə qədər sabitlikkəmərinin formalaşdırılmasını əsas istiqamət kimi göstərdi. Uzunillərdən sonra ABŞ açıq şəkildə etiraf etdi ki, Bağdaddan Tripoliyəqədər zorakı müdaxilənin iflasa uğradığı regionda irəliləyişinyeganə davamlı yolu əməkdaşlıq və iqtisadi inteqrasiyadankeçir.

Barrak vurğuladı ki, Azərbaycan, Ermənistan və Türkiyə“yaxınlaşma yolundadır”. İlk baxışda bu ifadə sadəcə diplomatikjest kimi səslənə bilər. Amma əslində bu, Vaşinqtonun CənubiQafqazı yeni nizamın nümayiş platformasına çevirmək niyyətini əksetdirən strateji mesajdır. ABŞ onilliklər boyu regionu qarşıdurmaprizmasından dərk edirdi, indi isə onu birləşdirici məkan kimiformalaşdırmağa çalışır. Bu yeni modeldə Bakı enerji, infrastrukturvə siyasət baxımından cazibə mərkəzinə çevrilir.

Dəyişikliklərin dərinliyini anlamaq üçün 2000-ci illərdəkiAmerika kursunu xatırlamaq kifayətdir. Əfqanıstan, İraq, Liviya,Suriya - “hər qiymətə demokratiya” şüarı ilə əsaslandırılan bütünbir dövr zorakı xarici siyasət idi. Bu yanaşma azadlıq yox,anarxiya doğurdu: Barrakın dediyi kimi, iyirmi səkkiz devrilmişrejim və iyirmi səkkiz fəlakət. Hər biri yeni ekstremizm ocaqlarıyaratdı, sosial toxumanı dağıtdı və regionu qəbilə parçalanmasımodelinə geri qaytardı.

İndi vəziyyət tam fərqlidir. Yeni Amerika strategiyasında zorakıdemokratikləşdirmə ideyası yoxdur. Onun yerini “inkişaf vasitəsilətəsir” konsepsiyası tutub - yəni investisiyalar, infrastruktur vətexnologiyalar üzərində qurulan tərəfdaşlıq. ABŞ öz mövcudluğunuartıq aviadaşıyıcılarla deyil, dəmir yolları ilə; ultimatumlarladeyil, enerji sazişləri ilə möhkəmləndirmək istəyir. Bu kontekstdəAzərbaycan əsas həlqəyə çevrilir.

Bakı yalnız Xəzərlə Qara dəniz, Mərkəzi Asiya ilə Yaxın Şərq,Rusiya ilə Türkiyə arasında unikal coğrafi mövqeyə malik deyil, həmdə region üçün nadir sayılan sabitlik, iqtisadi dinamizm vəpraqmatizmi birləşdirir. Azərbaycan himayədar deyil, tərəfdaşaxtarır. Məhz bu, onu yeni arxitekturanın əlverişli iştirakçısınaçevirir.

Vaşinqtonun təşəbbüsü ilə yaradılan və Cənubi Qafqazı,Türkiyəni, Yaxın Şərqi və Şərqi Aralıq dənizini birləşdirənsabitlik kəməri “İnkişaf Dəhlizi” adlanır. Əslində bu, nəqliyyat,enerji və kommunikasiya infrastrukturunu birləşdirən layihələrzənciridir - Transxəzər marşrutu və Zəngəzur dəhlizindən tutmuşCənub qaz boru kəmərlərinə və rəqəmsal əlaqə xətlərinə qədər.

Əsas fikir budur ki, ticarət, enerji və təhlükəsizlikbir-birindən ayrılmaz olan qarşılıqlı asılı dövlətlər şəbəkəsiqurulsun. İqtisadi məntiq hərbi məntiqi əvəz edir: əgər ölkələrinortaq yolları və ixrac marşrutları varsa, müharibəyə ehtiyacqalmır. ABŞ bu formulu vaxtilə müharibədən sonrakı Avropada -Marşall Planı vasitəsilə tətbiq etmişdi. İndi bu yanaşmaCənub-Qərbi Asiyaya uyğunlaşdırılır.

Bu modeldə Azərbaycanın iki əsas rolu var. Birincisi - enerji:neft, qaz, elektrik enerjisi, yaşıl enerji və hidrogentexnologiyalarının təchizatçısı və tranzitçisi. İkincisi -infrastruktur: Şərqlə Qərbi birləşdirən mərkəzi halqa. Son üç ildəAzərbaycan limanlarından keçən yüklərin həcmi 40 faizdən çox artıb,Bakı Beynəlxalq Dəniz Ticarət Limanının buraxıcılıq qabiliyyəti isəildə 15 milyon tona çatıb. 2027-ci ilə qədər bu rəqəmin ikiqatartırılması planlaşdırılır.

Zəngəzur marşrutunun reallaşması təkcə iqtisadi deyil, həm dəsiyasi irəliləyişdir. Onilliklər davam edən blokada vəmünaqişələrdən sonra Naxçıvanın əsas ərazi ilə birləşdirilməsiAzərbaycanı əsl transkontinental arteriyaya çevirir. ABŞ üçün bu,yeni siyasətin konkret nəticə verdiyini göstərmək imkanıdır: dünənəqədər bir-birinə qarşı duran ölkələr indi əlaqələr açır, sazişlərimzalayır və ortaq layihələr həyata keçirir.

Vaşinqtonda ilk dəfə “Xəzərdən Aralıq dənizinə qədər stratejidəhliz” ideyası səslənəndə, bir çox analitiklər bunu praktiki əsasıolmayan növbəti bəyanat kimi dəyərləndirdilər. Amma artıq 2024-cüildə ABŞ siyasi elitası Yaxın Şərq və Qafqaz istiqamətində dərinyenidən qiymətləndirmə prosesi başladı. Səbəblər açıq idi: Suriyadavə Yəməndə uzanan müharibələr, İranın artan regional ambisiyaları,ənənəvi alyansların səmərəsizləşməsi və Çinin Avrasiya enerji vəlogistika layihələrinə tədricən daxil olması.

Bu çağırışlar Tramp administrasiyasını təsir üçün daha rasionalalətlər axtarmağa məcbur etdi. Əvvəlki prezidentlərdən fərqliolaraq, “demokratik dəyərlər” və “sivilizasiya missiyası” dilindəndanışmaq əvəzinə, Tramp sövdələşmələrə, praqmatizmə və qarşılıqlıfaydaya üstünlük verir. Onun yanaşması sadədir: xarici siyasətxərclər yox, gəlir gətirməlidir. Amerika artıq nəticəsizmüharibələrdən, itkilərdən və bahalı kampaniyalardan yorulub. İxracedilən demokratiya yerini ixrac edilən infrastruktur, hərbiekspansiya yerini isə iqtisadi ekspansiya tutur.

Beləcə, əsasında infrastruktur təsiri dayanan yeni Amerikaliderliyi konsepsiyası formalaşır. Bu strategiya üç əsas prinsipəsöykənir.

Birincisi - iqtisadi qarşılıqlı asılılıq. ABŞ hərbi bazalarməntiqindən imtina edərək “inkişaf dəhlizləri” yaradır: enerji,nəqliyyat, rəqəmsal. Bu arteriyalardan yalnız ticarət deyil, təsirdə keçir. İnvestisiyalar nəzarətin yeni forması, infrastruktur isəsiyasətin alətinə çevrilir.

İkincisi - regional vasitəçilərə üstünlük. Vaşinqton artıqyeganə arbitra olmaq istəmir. Bunun əvəzində o, təsirfunksiyalarını real regional legitimliyə malik tərəfdaşlara -Türkiyəyə, Azərbaycana, Səudiyyə Ərəbistanına həvalə edir. Buölkələr vassal kimi deyil, tərəfdaş kimi çıxış edir və ABŞ-a dolayıyolla təsir imkanları yaradır.

Üçüncüsü - texnologiya və kapital vasitəsilə nəzarət. Təsirinəsas aləti artıq ordu deyil, investisiya və texnoloji üstünlükdür.Amerika korporasiyaları və fondları yeni dövrün Pentaqonunaçevrilərək iqtisadiyyata, energetikaya və rəqəmsal infrastrukturanüfuz edirlər.

Nəticədə Amerikanın yeni liderlik doktrinası formalaşır: daha azhərbi missiya, daha çox infrastruktur təsiri. Vaşinqton artıq zəbtetməyə deyil, inteqrasiya etməyə, diktə etməyə deyil, daxil olmağaçalışır - iqtisadiyyatı geosiyasətin davamına çevirir. Bu sistemdəAzərbaycan sadəcə bir nöqtə deyil, regional tarazlığın qurulduğuyeni arxitekturanın oxudur.

Bu gün Azərbaycan yeni qlobal strategiyanın əsas həlqəsinəçevrilib - böyük dövlətlərin maraqlarının kəsişdiyi, çoxqütblülükkonsepsiyasının möhkəmliyinin sınaqdan keçirildiyi ölkəyə. Onundayanıqlığı, müstəqil xarici siyasəti və güclü enerji potensialıAzərbaycanı təkcə iştirakçı yox, proseslərin memarına çevirir.

Bakı praqmatizm və çevikliyi birləşdirən unikal siyasi balansmodeli yaradıb. Azərbaycan Qərb, Rusiya, Türkiyə və İranlamünasibətlərini suveren kursdan kənara çıxmadan qurmağı bacarıb.Bu, geosiyasi bloklar arasında manevr etməyi zərurətə deyil,strategiya sənətinə çevirən bir siyasətdir - hamı üçün vacib olmaq,amma heç kimdən asılı qalmamaq bacarığı.

Amerika diplomatiyası Azərbaycanda sadəcə tranzit ərazi deyil,strateji sabitliyin real mərkəzini görür. Bu baxımdan Bakı regiondabalanslaşdırıcı qüvvə kimi çıxış edir - Rusiya ilə Türkiyə, İranilə Qərb arasındakı ziddiyyətləri yumşaldır, digərlərinin yalnızmünaqişə gördüyü yerdə enerji və logistika həlləri təklif edir.

İqtisadi göstəricilər bu rolu rəqəmlərlə təsdiqləyir. 2024-cüildə Azərbaycanın Avropaya qaz ixracı təxminən 12 faiz artaraq 12,3milyard kubmetrə çatıb. Cənub Qaz Dəhlizi vasitəsilə AzərbaycanAvropa İttifaqının mavi yanacağa olan tələbatının artıq 8–10faizini ödəyir. Transxəzər marşrutu ilə daşınan yüklərin həcmi 4,5milyon tonu ötüb, 2025-ci ilin ilk doqquz ayında ölkə nəqliyyatinfrastrukturuna 1,8 milyard dollardan çox birbaşa xariciinvestisiya cəlb edib.

Bu rəqəmlər sadəcə statistika deyil. Onlar sistemli vəuzunmüddətli yanaşmanın göstəricisidir - Azərbaycanı enerjiixracatçısından sabitlik ixracatçısına çevirən siyasətin sübutu.Bakı-nın siyasəti bu gün müasir praqmatizmin nümunəsinə çevrilib:pafoslu bəyanatlarsız, amma hiss olunan nəticələrlə - yenigeoekonomik reallığı formalaşdıran nəticələrlə.

Amerikanın modelində Türkiyə tranzit sürətləndiricisi rolunuoynayır - enerji və nəqliyyat xətləri onun ərazisindən keçir. AmmaAzərbaycan olmadan bu mexanizm işləmir.

Ankara Aralıq dənizinə açılan qapıdır, Bakı isə o qapınınaçarıdır.

Hər iki ölkə enerji və nəqliyyat əlaqələrini sinxron şəkildəgenişləndirir. Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu,elektrik enerjisi və hidrogen ixracı layihələri - bunların hamısıeyni sistemin tərkib hissəsidir. 2025-ci ildə Azərbaycan və Türkiyə2030-cu ilə qədər nəqliyyat və enerji tərəfdaşlığını əhatə edənyenilənmiş yol xəritəsini imzaladı. Sənəd tranzit həcmlərininikiqat artırılmasını və vahid rəqəmsal logistika məkanınınyaradılmasını nəzərdə tutur.

Yeni Amerika arxitekturası bütün böyük oyunçuların maraqlarınatoxunur.

Rusiya ABŞ-nin Cənubi Qafqazdakı aktivləşməsini öz kommunikasiyaxətlərinə təhdid kimi qəbul edir. Ənənəvi şimal–cənub marşrutu,yəni Rusiya, İran və Hindistanı birləşdirən xətt tədricənmonopoliyasını itirir. Moskva anlayır ki, Xəzərdən Aralıq dənizinəqədər uzanan Amerika “inkişaf dəhlizi” həm yük axınlarının, həm dəsiyasi təsirin bir hissəsini üzərinə çəkə bilər.

İran isə Azərbaycana həm rəqib, həm də vasitəçi kimi baxır. Birtərəfdən Bakı tranzit alternativi kimi güclənir, digər tərəfdənQərblə dialoq üçün kanal rolunu oynaya bilər. Uzun illər təcriddəqalmış Tehran üçün sabit qonşu ilə ticarət əlaqələri yaratmaqəlverişlidir.

Çin bu prosesə praqmatik yanaşır. Pekin üçün əsas məsələ “BirKəmər - Bir Yol” təşəbbüsünün Transxəzər marşrutu iləsinxronlaşdırılmasıdır. Azərbaycan Çin üçün təhdid deyil, əksinə,tamamlayıcı həlqədir - Avropaya daha qısa, təhlükəsiz vəproqnozlaşdırıla bilən yol.

Nəticədə unikal bir balans formalaşır: Azərbaycan ABŞ-laəməkdaşlıq edir, amma Çinlə əlaqələri pozmur; Türkiyə ilə əlaqələriinkişaf etdirir, amma Rusiya ilə münasibətləri qorumalı bacarır;Avropa ilə kommunikasiya qurur, amma İrana qarşı təhlükəyaratmır.

Amerikalılar mühüm nəticəyə gəliblər: sabitlik diplomatiya ilədeyil, logistika ilə yaradılır. Yolların, qaz kəmərlərinin vəinvestisiyaların olduğu yerdə müharibə mənasız olur.

Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, son ikiildə beynəlxalq tərəfdaşlarla həyata keçirilən nəqliyyat və enerjilayihələrinin ümumi dəyəri 25 milyard dollardan artıq olub. Bununtəxminən 40 faizi Türkiyə ilə birgə proqramlara, 25 faizi Aİ vəABŞ-la layihələrə, qalanı isə Mərkəzi Asiya və Çinlə ortaqtəşəbbüslərə düşür.

Naxçıvanla əsas ərazi arasında Ermənistan vasitəsilə birbaşadəmir yolu əlaqəsinin yaranması yeni dövrün simvoluna çevriləcək.Bu marşrut işə düşərsə, Cənubi Qafqaz yüz ildən sonra ilk dəfəblokadalardan azad zonaya çevriləcək. Bu, Amerika siyasətinin realtesti olacaq - vədlərdən nəticələrə keçid anı.

Diplomatiya infrastruktur halını alanda beynəlxalq nizamabstrakt anlayış olmaqdan çıxır. 2025-ci ildə məhz bu baş verir:nəqliyyat qovşaqları sərhədləri əvəz edir, enerji isə siyasətindili olur. ABŞ-ın müdaxilə əvəzinə inkişaf yönümlü yeni Yaxın Şərqstrategiyası sadəcə yollar şəbəkəsi deyil - qarşılıqlı asılılıq vəfayda arxitekturasıdır, burada hər bir iştirakçı ya inteqrasiyaolunur, ya da periferiyada qalır.
Azərbaycan üçün məsələ aydındır: bu sistemdə iştirak etməmək - onunbaşqaları tərəfindən, bizsiz qurulmasına razılıq verməkdeməkdir.

Vaşinqtonun “inkişaf vasitəsilə təsir” konsepsiyası sadə, ammadəqiq formulaya əsaslanır: sabitliyi müqavilələr deyil, maraqlaryaradır. Əgər qonşu dövlətlərin təchizat marşrutları eynidirsə,onlar razılaşmağa məcburdurlar. Bu mənada Azərbaycan yenitəhlükəsizlik formasının platformasına çevrilir - hərbi deyil,iqtisadi təhlükəsizlik.

Amerikalılar bunu anlayırlar. Buna görə də 2025-ci ildə əsasdiqqət hərbi ittifaqlarda deyil, nəqliyyat qovşaqlarında,terminallarda, boru kəmərlərində və rəqəmsal əlaqə xətlərindəcəmlənib. Logistika diplomatiyaya çevrilir.

Xəritəyə baxanda açıq görünür: Cənubi Qafqaz həm coğrafi, həm dəsiyasi baxımdan ox rolunu oynayır. Türkiyə - dənizlərə çıxış,Azərbaycan - Mərkəzi Asiyanın resurslarına və əlaqələrinə çıxışdır.Bu iki istiqamətin birləşməsi bir kontur yaradır ki, orada hərbimövcudluq olmadan güc balansını qorumaq mümkündür.

Azərbaycan çoxdan sübut edib ki, neft və qaz silah yox, arqumentola bilər. Cənub Qaz Dəhlizi son onilliklərin yeganə layihəsidirki, burada Azərbaycan, Türkiyə, Avropa və Qərbin maraqlarıuzlaşdırılıb.
Bu gün, Rusiya tədarüklərinin azalması və Yaxın Şərqdəqeyri-sabitliyin artması fonunda, Avropa üçün Azərbaycan enerjiresurslarının əhəmiyyəti daha da artır. 2025-ci ildə AzərbaycanAİ-yə 12 milyard kubmetrdən çox qaz ixrac edir, 2030 perspektivindəbu həcmin 20 milyarda çatdırılması planlaşdırılır. Artıq yeni borukəməri xətləri üzrə danışıqlar başlayıb, paralel olaraq “yaşılenerji” layihələri - elektrik ixracı, hidrogen istehsalı vəQarabağla Şərqi Zəngəzurda günəş stansiyalarının inkişafı həyatakeçirilir.

Bakı diplomatik strategiyasını üç dayağ üzərində qurur: enerjisəmərəliliyi, tranzit və etibarlılıq. ABŞ administrasiyasıAzərbaycanı Qərbin enerji təhlükəsizliyinin elementi kimi görür.Əvəzində Bakı təkcə investisiyalar deyil, həm də siyasi təminatlarəldə edir: beynəlxalq layihələrdə iştirak artıq birbaşa regionalsabitliyin təminatı ilə bağlıdır.

Nəqliyyat layihələrinin siyasi mahiyyəti ondadır ki, onlar heçkimə məxsus deyil, amma hamıya xidmət edir. Zəngəzur dəhliziinfrastrukturun münaqişə məntiqini necə dəyişə biləcəyinin bariznümunəsidir. Onilliklərlə Azərbaycanla Ermənistan arasındakısərhədlər bölgü xətti idi. İndi isə əlaqə xəttinə çevrilir.Naxçıvanla ölkənin əsas ərazisi arasında dəmir yolunun işəsalınması, yolların və enerji-kommunikasiya xətlərinin bərpasıregionun strateji təcridini faktiki olaraq aradan qaldırır. ABŞ buprosesi “yumşaq inteqrasiya” modeli kimi dəyərləndirir: heç kim üzitirmir, hamı sabitlikdən qazanır.

Eyni prinsip bütün Yaxın Şərqə də şamil edilir: amerikalılarinfrastruktur qurularkən siyasi mübahisələrin ertələndiyi “iqtisadiatəşkəs” ideyasını irəli sürürlər. Bu romantizm deyil,hesab-kitabadır. Əgər boru kəməri və ya dəmir yolu milyardlarlagəlir gətirirsə, müharibə iqtisadi cəhətdən mənasız olur.

İllüziyaya qapılmağa dəyməz: yeni arxitektura təkcə imkanlaryox, risklər də yaradır.
Birinci risk - təsirin aşırı mərkəzləşməsi. ABŞ dəhlizləriformalaşdırarkən qaçılmaz olaraq kapital və texnologiya axınlarınanəzarəti möhkəmləndirməyə çalışır. Azərbaycan üçün əsas məsələ“başqalarının maraqlarını xidmət edən logistika periferiyası”naçevrilməməkdir. Həll - tərəfdaşların şaxələndirilməsidir. Bakı bunuedir: Türkiyə ilə strateji əlaqələri saxlayır, Aİ ilə enerjibağlarını genişləndirir, Çin təşəbbüslərində iştirak edir, Rusiyailə dialoqu qoruyur.

İkinci risk - marşrutların toqquşması. Rusiya “Şimal–Cənub”layihəsini, İran “İslam nəqliyyat kəməri”ni, Çin isə “Bir kəmər -bir yol”u irəli aparır. Bu sistemlər kəsişir. Azərbaycan üçün əsasməqsəd marşrut rəqabətinin dövlətlərarası rəqabətə çevrilməsinə yolverməməkdir. Çevikliyi qorumaq Bakının başlıca üstünlüyüdür.

Üçüncü risk - daxili balans. İstənilən infrastrukturekspansiyası sosial nəticələr doğurur. Tranzit axınlarının artmasıidarəetmədə islahatlar, şəffaflıq və investisiyalara nəzarət tələbedir. Bu, Azərbaycan üçün institutları möhkəmləndirmək imkanıdır,amma çağırış da var: xaricə açılma qaçılmaz olaraq daxilimodernləşməni tələb edir.

2025-ci ildə Azərbaycanın ÜDM artımı 4,2 faiz səviyyəsindədir.Qeyri-neft sektorunun payı 60 faizi ötür. Logistika, nəqliyyat vəinformasiya texnologiyalarına yatırımlar yeni artım drayverlərinəçevrilir. 2030-cu ilə qədər dövlət strategiyası beynəlxalqdəhlizlər - Şərq–Qərb və Şimal–Cənub - əsasında vahid“infrastruktur kəməri”nin yaradılmasını nəzərdə tutur.

Bakı iqtisadiyyatla geosiyasətin üst-üstə düşdüyü məkanaçevrilir. Hər yeni yol təkcə iqtisadi arteriya deyil, siyasiarqumentdir. Belə arqumentlər artdıqca suverenlik də güclənir.

Azərbaycanla ABŞ arasındakı münasibətlər bu gün keyfiyyətcə yenimərhələyə keçir: strateji hesabat ənənəvi ritorikanı sıxışdırır.Bakı artıq Avrasiyanın kənarında dayanan oyunçu kimi deyil, uğuruXəzərdən Aralıq dənizinədək uzanan yeni Amerika xəttinin taleyinixeyli dərəcədə müəyyənləşdirən real strateji aktiv kimigörülür.

Vaşinqton üçün Azərbaycan təkcə tərəfdaş deyil, regionun enerjivə nəqliyyat arxitekturasının düyün nöqtəsidir. O, Avropayaetibarlı enerji təchizatçısı, Mərkəzi Asiya ilə Aralıq dəniziarasında tranzit arteriya, həm də müasir, dünyəvi, dayanıqlıinstitutlar qura bilmiş müsəlman dövlətinin nümunəsidir. YaxınŞərqin münaqişələrlə sarsıldığı, Cənubi Qafqazın isə güclərinrəqabət meydanı olaraq qaldığı bir dövrdə bu cür sabitlik nadirstrateji resursa çevrilir.

Azərbaycan üçün isə ABŞ investisiya, texnologiya və innovasiyamənbəyidir. Vaşinqton yalnız iqtisadi dəstək göstərmir, həm də Qərbinstitutlarını regional layihələrə cəlb etməklə Rusiya, İran vəTürkiyə arasında təsir balansını yaradır. Bu kontekstdə Amerikadiplomatiyası təzyiq aləti deyil, tarazlaşdırma mexanizmidir -Bakının müstəqillik məkanını genişləndirməyə kömək edən faktor.

Bu tərəfdaşlıq praqmatizm üzərində qurulub: tərəflər siyasiasılılıq zonasına girmədən fayda əldə edirlər. ABŞ hərbi müdaxiləyəehtiyac duymadan nəticə qazanır, Azərbaycan isə öhdəlik vəsuverenlik itkisi olmadan inkişaf edir. Bu formula iki ölkəninmünasibətlərini ideologiyadan çox rasional maraqlara söykənən yenitip beynəlxalq əlaqələrin nümunəsinə çevirir.

2025-ci il Cənubi Qafqazın periferiyadan çıxıb yeni dünyasiyasətinin laboratoriyasına çevrildiyi an oldu. Amerika uzunfasilədən sonra diktə etmir, təklif edir. Azərbaycan isə uzunillərdən bəri ilk dəfə uyğunlaşmır, layihələndirir.

Əgər “Xəzərdən Aralıq dənizinədək dəhliz” strategiyasıgerçəkləşsə, Cənubi Qafqaz tarixə münaqişələr regionu kimi yox,yeni tip postmünaqişə inteqrasiyasının nümunəsi kimi düşəcək.Azərbaycan bu prosesin təkcə iştirakçısı deyil. Onunmüəllifidir.

Seçilən
27
2
az.trend.az

3Mənbələr