AZ

Maliyyə naziri gələn ilin büdcə zərfində əsas istiqamətləri açıqladı

BAKI, 4 noyabr. TELEQRAF

Büdcə zərfi çərçivəsində müdafiə qabiliyyətinin və təhlükəsizliyin təmini üçün tədbirlər tam şəkildə nəzərə alınıb, eyni zamanda hər bir azərbaycanlının rifahının təmini üçün sosial tədbirlər tam maliyyələşib.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, azad edilmiş ərazilərin bərpası və vətəndaşların köçürülməsi üçün bütün tədbirlər büdcədə müəyyən olunub. İnfrastrukturun daha da yaxşılaşdırılması üçün tədbirlər də büdcə zərfində nəzərdə tutulub. Ana hədəflərdən biri olan neft gəlirlərindən asılılığın azaldılması büdcəmizdə təmin edilib. Ölkə başçısının tapşırığına əsasən büdcə xərcləri optimallaşdırılması və izafi xərclərin qarşısının alınması üçün müvafiq çərçivə təmin edilib.

Seçilən
33
8
teleqraf.com

9Mənbələr