AZ

Gələn il ərzaqlıq buğda ilə özünütəminetmə üçün 29,5 milyon manat ayrılacaq

BAKI, 4 noyabr. TELEQRAF

Gələn il Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi məqsədilə 29,5 milyon manat vəsait ayrılacaq.

Teleqraf xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd olunub.

Bildirilib ki, "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Prezidentin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan asılılığın azaldılması və yeni tənzimləmə mexanizmlərinin yaradılması hesabına Azərbaycan Respublikasının ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin həyata keçirilməsi məqsədilə 29,5 milyon manat vəsait ayrılacaq.

2026-cı ilin dövlət büdcəsi layihəsində baytarlıq tədbirləri üçün nəzərdə tutulmuş 41,9 milyon manat vəsaitdən baytarlıq xidmətlərinin həyata keçirilməsi üçün 22,8 milyon manat, vaksinlərin, dərmanların və baytarlıq ləvazimatlarının alınması və onların daşınması üçün 18,2 milyon manat, xüsusi təhlükəli heyvan xəstəlikləri ilə əlaqədar zərər çəkən hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi üçün 0,9 milyon manat vəsait yönəldiləcək.

Bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması üçün 5,4 milyon manat və aqrokimyəvi analizlərin aparılması, aqrokimyəvi pasportların verilməsi və toxum nəzarəti üzrə tədbirlərin maliyyələşdirilməsi üçün isə 8,2 milyon manat nəzərdə tutulub.

Seçilən
23
teleqraf.com

1Mənbələr