Ziyafət Əsgərov 1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olub. Ard-arda 7 çağırış Milli Məclisin deputatı seçilib. Hüquq elmləri doktoru, professordur. Ziyafət Əsgərov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2024-cü il sentyabrın 23-dən Milli Məclis sədrinin müavinidir. Mixail Zabelin 19 mart 1946-cı ildə Bakı şəhərində anadan olub. Ali təhsilli hidrorexnika-mühəndisidir. Azərbaycanda Rus İcmasının sədridir. 80 yaşlı Mixail Zabelin müxtəlif illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub.
İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənədli kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. İmamverdi İsmayılov siyasətçi kimi fəal olmasa da, ədəbi çevrələrdə kifayət qədər yaxşı tanınır. O, “Qızıl qələm” mükafatı laureatı və Əməkdar jurnalistdir. Azərbaycan radiosunun “Qızıl fondu”nda müəllifin “Qədim kişinin qırxı”, “Astanada ölüm”, “Yurd gürzəsi” əsərləri əsasında hazırlanmış radio kompozisiyalar mövcuddur. Zaur Əliyev / Metbuat.az