AZ

Xəzər sahilində 112 suiti cəsədi aşkar edildi


Xəzər dənizinin Qazaxıstan sahillərində 112 suiti cəsədi aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin Ekologiya Departamenti məlumat yayıb.
Məlumata görə, ölü suitilər departament əməkdaşlarının Tüpkaraqan rayonunun sahil zolağında apardığı monitorinq zamanı aşkar edilib.
Cəsədlər əsasən Asan kəndi ilə Bautino burnu arasında yerləşib.
Mütəxəssislər hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar. Bunun üçün onlar ərazidən dəniz suyu nümunələri toplayıblar.
Seçilən
0
yeniavaz.com

1Mənbələr