AZ

Zaxarova İtaliyanı “çökdürdü” və ağır cavab aldı

Rusiyalı diplomat Aleksey Paramonov İtaliya Xarici İşlər Nazirliyinə dəvət edilib və orada ona Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlaması ilə əlaqədar etiraz bildirilib.

Musavat.com xəbər verir ki, buna səbəb M.Zaxarovanın Telegram-dakı paylaşımı olub. Yazıda o, Romadakı Konti qülləsinin çökməsini İtaliya hakimiyyətinin Ukraynanı dəstəkləmək siyasəti ilə əlaqələndirib.

“İtaliya hökuməti vergi ödəyicilərinin pullarını mənasız şəkildə (Ukraynanı dəstəkləmək üçün) xərcləyərkən, İtaliya çökəcək: iqtisadiyyatdan paytaxta qədər", - Zaxarova yazıb.

İtaliyanın xarici işlər naziri Antonio Tajani bu qeydi qətiyyətlə pisləyib. O bildirib ki, bu cür sözlər, xüsusən də insanlar dağıntılar altında qaldıqda və itkilər olduqda qəbuledilməzdir.

“Fəlakət baş verdikdə, dağıntılar altında qalan insanlar və ya yaralı işçilər haqqında spekulyasiya etmək mümkün deyil. Biz bunu heç vaxt etməmişik; Rusiya Federasiyasında fəlakət baş verəndə biz həmişə həmrəylik göstərmişik. Bu ifadələr sivil bir ölkədə utancverici və qəbuledilməzdir”, - deyə Tajani vurğuladı.

Orta əsrlərdə tikilmiş və Romanın tarixi mərkəzində yerləşən Konti qülləsi dünən uçub. Nəticədə bir nəfər ölüb.

Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr