AZ

Büdcədən nəqliyyat sahəsinə nə qədər vəsait ayrılacaq?

2026-cı il dövlət büdcəsindən nəqliyyat və rabitə xərcləri üçün 286,9 milyon manat vəsait proqnozlaşdırılıb.

Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 40,0 milyon manat subsidiya nəzərdə tutulub ki, bu da 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya 44,6 faiz çoxdur.

Dövlət büdcəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi, yeni yol nişanlarının quraşdırılması və mövcud yol nişanlarının bərpası, yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkili üçün 40,0 milyon manat vəsait proqnozlaşdırılıb.

Seçilən
36
2
avtosfer.az

3Mənbələr