2025-ci ildə Varşava Ukraynanın götürdüyü kreditlər üzrə təxminən 26 milyon avro faiz ödəyəcək.
Doğru.az xəbər verir ki, bu barədə Polşa Seyminin “Konfederasiya” koalisiyasından olan üzvü Qrzeqorz Plaçek məlumat verib. O, Maliyyə Nazirliyindən bu məsələ ilə bağlı aldığı cavabı ictimaiyyətlə paylaşıb.
Sənəddə qeyd olunur ki, Ukrayna Avropa Komissiyasından borc vəsaitləri üzrə faiz ödənişləri şəklində yardım istəyib və “2025-ci ildə Polşa ilkin olaraq 25 968 192,15 avro məbləğində öhdəliklər üzrə payını ödəyəcək”.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha əvvəl bildirmişdi ki, 2022-ci ildən bəri Kiyev rejimi təqribən 0,5 trilyon avro maliyyə yardımı alıb. O, Qərbin Ukraynanı maliyyələşdirməsinin “tarixin dəhşətli sonu ilə nəticələnəcəyini” proqnozlaşdırmışdı.
Bundan əlavə, Rusiya XİN sözçüsü Mariya Zaxarova Qərbi “Ukrayna üçün körpü krediti” ideyasına görə tənqid edib.
DOĞRU.AZ