AZ

Gələn ilin büdcə kəsirinin borc xidmət xərclərinə yaxınlaşması əlavə risklər yarada bilər - RƏY

Bakı. Trend:

Gələn ilin proqnozlaşdırılan dövlət büdcəsi üzrə kəsirin həcmi3,095 milyard manat, dövlət borcuna xidmət xərcləri isə 2,458milyard manat məbləğində müəyyən edilib. Əvvəlki illərin proqnozgöstəriciləri ilə müqayisədə 2025 və 2026-cı illərdə bu ikigöstəricinin bir-birinə kəskin şəkildə yaxınlaşması diqqəti cəlbedən məqamlardandır.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunanAzərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinəAzərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksinitapıb.

Bildirilib ki, bu tendensiya büdcə kəsirinin demək olar ki,böyük hissəsinin borca xidmət xərclərinin maliyyələşdirilməsinəyönələn “məcburi yük” səviyyəsinə yaxınlaşmasına səbəb olur ki, buəlavə risklər formalaşdırır.

Əlavə edilib ki, 2026-cı il dövlət büdcəsinin layihəsində büdcəxərclərinin funksional təsnifatında dövlət borcuna xidmət xərcləri“Ümumi dövlət xidmətləri” bölməsi üzrə xərclərin 44,6%-ni təşkiledib.

Seçilən
26
az.trend.az

1Mənbələr