AZ

Heç vaxt almayın: Təcrübəli mexanik ən pis krossoveri seçib

Təcrübəli avtomobil mexaniki Skotti Kilmer heç vaxt hansı avtomobili almayacağını bildirib. Onun sözlərinə görə, bu, ən pis müasir krossoverdir...

Poliqon xəbər verir ki, bu barədə Express yazıb.

YouTube kanalındakı videolardan birində Kilmer insanları "Jeep Compass" almamağa çağırıb. O, bu krossoverin bir çox problemi olduğunu bildirib.

Avtomexanik "Jeep Compass"ın aşağı güclü bir model olduğunu və eyni zamanda olduqca aşağı səviyyədə rahatlıq təklif etdiyini deyib. Üstəlik, Kilmer bu krossoverin etibarlılıq baxımından ən yaxşısından çox uzaq olduğunu söyləyib.

"Müştərilərim bu krossoveri yolda sürərkən sadəcə dayandı. Ona görə də işlənmiş krossover axtarırsınızsa və məsləhət almaq istəyirsinizsə, "Compass" almayın", deyə mexanik bildirib.

Videonun altındakı şərhlər "Jeep Compass" sahiblərindən çoxlu rəy toplayıb. Əksəriyyəti bu krossoverin həqiqətən bir sıra çatışmazlıqlara malik olduğunu təsdiqləyib.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr