AZ

TDT Ağsaqqallar Şurası ortaq türk əlifbası və tarixi məsələsini yaxından izləyir - Binəli Yıldırım

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurası ortaq türk əlifbası və türk tarixi məsələsini yaxından izləyir.

Missiya.Az "Report" xəbər verir ki, bunu TDT Ağsaqqallar Şurasının 18-ci iclasındakı çıxışında qurumun rəhbəri Binəli Yıldırım deyib.

"Bu, türk dövlətləri arasında əlaqənin gücləndirilməsi yolunda ciddi fəaliyyətdir", - o əlavə edib.

Sədr bu addımı ortaq türk kimliyinin gələcəyi naminə tarixi qərar kimi qiymətləndirib.

B.Yıldırın UNESCO tərəfindən dekabrın 15-nin dünya türk dili ailəsi günü elan olunmasına da diqqət çəkib.

O, bu qərarın UNESCO-nun oktyabrın 30-da işə başlayan 43-cü Baş Konfransında qəbul edildiyini diqqətə çatdırıb.

Sədr daha sonra təşkilatın son zirvə görüşlərindən və orada qəbul olanan qərarların əhəmiyyətindən bəhs edib.

Seçilən
19
2
missiya.az

3Mənbələr