AZ

Hüseyn Həsənov yenidən axtarışa verilib

Rusiya Daxili İşlər Nazirliyi bloger Hüseyn Həsənovu yenidən axtarışa verib.

Far.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Xatırladaq ki, Hüseyn Həsənov əvvəllər axtarışa verilib və çirkli pulların yuyulmasına görə qiyabi həbs edilib. İddia ərizəsi 23 apreldə Moskvanın Çertanovski Məhkəməsində verilib.

Blogerə qarşı Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsi ("Xüsusilə külli miqdarda çirkli pulların yuyulması") ilə cinayət işi açılıb. Onu yeddi il həbs cəzası gözləyir.

Həsənov 2024-cü ildən bəri Rusiyada yaşamır.

Seçilən
55
2
far.az

3Mənbələr