AZ

Tramp Putini "Stalinqrad mühasirəsi"nə salır...

Mətləb Salahov: “Ağ Ev rəhbəri Çini Rusiyadan "qoparmaqla" Moskvanı dünya siyasətində tənhalaşdırmaq siyasəti yürüdür”

“Hazırda dünya siyasətində Donald Tramp rüzgarı əsir. Mən inanmıram ki, tarixdə hansısa ABŞ prezidenti dünya siyasətində bu şəkildə dominatlıq edə bilib. Çünki həm güclü maliyyə imkanları, həm də siyasi təcrübəsi olan şəxs kimi D.Tramp hazırda dünya siyasəti üzərində hökmranlıq edir. Bu bir faktdır və siyasətlə məşğul olan istənilən qüvvənin qəbul etməli olduğu reallıqdır. D.Trampı cəmi 7-8 ay öncə qeyri-ciddi şəxs kimi qəbul edənlər indi onun siyasətinin nəticələri ilə razılaşmaqdan başqa yol görmürlər. Bu adam İkinci hakimiyyət dönəmi başlayan zaman öncə özünü Rusiya prezidenti Vladimir Putinlə həmfikir kimi göstərsə də, artıq onun özünə də şərtlərini diktə edən tərəfə çevrilib. Artıq dünya siyasətində Ağ Ev rəhbərini daha Kreml sahibinin dostu kimi deyil, əksinə getdikcə ən təhlükəli rəqibi kimi qəbul edirlər. Xüsusilə Çini Moskvadan “qoparmaq” üçün atılan addımlar D.Trampın təkcə milyarder prezident kimi deyil, tam peşəkar siyasətçi kimi imicini gücləndirir.”
Bu fikirləri SİA-ya şərhində jurnalist ekspert Mətləb Salahov bildirib. Onun qənaətinə görə hazırda D.Trampın Çin dövlət lideri ilə keçirdiyi operativ görüşlər və rəsmi Pekinə yönəlmiş yeni təklifləri ilk öncə Rusiyaya münasibətdə bu ölkədə illərdir streotip halına gələn siyasəti dəyişdirmək məqsədinə yönəlib. “Diqqət edin: son bir ayda Ağ Ev rəhbəri Çinlə bağlı ardıcıl siyasət yürüdür. Bu əslində dünya siyasətinin yenidən dizayn edilməsi üçün atılan addımdır. D.Tramp həm də bu vaxta qədərki ABŞ prezidentlərindən tam fərqli siyasət yürüdür.
Çinin Moskva siyasətini dəyişmək, rəsmi Pekinə yeni dünya düzənində rəqib kimi deyil, vacib tərəfdaş kimi yanaşma siyasətidir bu. Bu həm də “mehriban” şəkildə Moskvanı önəmli dünya nəhənglərindən birindən tamamilə aralaşdırıb Rusiyanı tənhalaşdırmaq siyasətidir. Çünki son bir neçə ilə qədər Çin Ukrayna məsələsində qızğın şəkildə Rusiyanı dəstəkləyirdisə, arftıq bu syasətdən əsər-əlamət qalmayıb. Rusiya hakimiyyətinin “dəlisov” deyib ələ saldığı milyarder D.Tramp, artıq Moskvanın özünü dünya siyasətində sözün səl mənasında “Stalinqrad mühasirəsinə” salıb”.
Ayşən Vəli

Seçilən
51
2
sia.az

3Mənbələr