AZ

Diplomatik əlaqələr kəsildi

Peru hökuməti, sabiq baş nazir Betsi Çavezə Meksikanın səfirlik iqamətgahında siyasi sığınacaq verdiyinə görə Meksika ilə diplomatik əlaqələrini kəsdiyini elan edib. 

"Cebheinfo.az" xəbər verir ki, Perunun Xarici İşlər naziri Uqo de Zela keçirdiyi mətbuat konfransında Meksikanın Lima şəhərindəki səfirlik iqamətgahında Çavezə siyasi sığınacaq verilməsinə toxunub: 

“Bu dostluqdan uzaq hərəkətə və həmin ölkənin həm indiki, həm də əvvəlki prezidentlərinin Perunun daxili işlərinə təkrarlanan müdaxilələrini nəzərə alaraq, Peru hökuməti bu gündən etibarən Meksika ilə diplomatik əlaqələri kəsmək qərarına gəlmişdir”. 

Zela Meksika hökumətini hədəf alaraq deyib: 

“Bu gün sabiq baş nazir Çavezin sabiq prezident Pedro Kastillo tərəfindən həyata keçirilməyə cəhd edilən çevrilişin mümkün şəriki kimi görüldüyünü və hazırda Meksikanın Perudakı səfirlik iqamətgahında siyasi sığınacaq istədiyini böyük təəccüb və dərin kədər hissi ilə öyrəndik”. 

Peru Konqresi 23 may 2023-cü ildə ölkənin daxili işlərinə qarışdığını iddia etdiyi sabiq Meksika prezidenti Andres Manuel Lopez Obradoru “arzuolunmaz şəxs” elan etmişdi. Meksikanın Perunun sabiq prezidenti Kastillonun ailəsinə siyasi sığınacaq verməsi də keçmişdə iki ölkə arasında gərginliyə səbəb olmuşdu. 

Seçilən
25
1
cebheinfo.az

2Mənbələr