AZ

Professor Ta Minh Tuan: “Vyetnam və Azərbaycan arasında əlaqələrin elmi müstəvidə daha da genişlənməsi hər iki ölkə üçün faydalı olacaq”

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi həm elmi, həm də mədəni baxımdan yüksək səviyyədə təşkil edilmiş əlamətdar bir hadisədir. Vyetnam və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri uzun illərdir davam edir və bu əlaqələrin elmi müstəvidə daha da genişlənməsi hər iki ölkə üçün faydalı olacaq.

Bunu Vyetnam Sosial Elmlər Akademiyasının vitse-prezidenti professor Ta Minh Tuan AMEA-nın 80 illiyi münasibətilə keçirilən təntənəli yığıncaqda çıxışı zamanı bildirib.

O qeyd edib ki, Akademiya zəngin elmi ənənələri ilə seçilən aparıcı tədqiqat mərkəzi kimi formalaşıb, görkəmli alim və tədqiqatçılar yetişdirib. Onlar ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynayıblar.

“AMEA həm də bütün Cənubi Qafqaz üçün yaradıcılığın və elmi təhsil ruhunun simvoluna çevrilib. Bu elm ocağı elmi müəssisə və təşkilatlarının inkişafı üçün möhkəm təməl yaradıb, beynəlxalq elmi ictimaiyyətdə nüfuz qazanıb.

Bugünkü əlamətdar yubiley mərasimi xalqlar arasında etimadın möhkəmlənməsi, elmi mərkəzlərin birgə əməkdaşlığının genişlənməsi üçün yeni bir səhifə açır.

Əminəm ki, Azərbaycanda sosial elmlərin inkişafı regionda elmi düşüncənin yenilənməsi və cəmiyyətin dayanıqlı inkişafına mühüm töhfə verəcək. Vyetnam Sosial Elmlər Akademiyası bu istiqamətdə AMEA ilə birgə təşəbbüslərə hər zaman açıqdır”, - deyə professor Ta Minh Tuan vurğulayıb.

XQ

 

Seçilən
48
3
xalqqazeti.az

4Mənbələr