AZ

Qacar-Rus Savaşları - Gülüstan və Türkmənçay müqavilələri

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

X Yazı

Rusiya İmperiyasının sülh təklifləri

Fətəli şah Qacarınəmri ilə şahzadəŞücaüssəltənə Məmməd Tağı Mirzə Hüsammüssəltənə vəQulam Hüseyn xan Siphədar Tehrandan və başqa Azərbaycan şəhərlərindən topladığı əsgərlərlə Qəzvində hazırlıq görüb,lazım olduqda oradan cəbhəyə yollanmaq məqsədi ilə hərəkət etmişlər.

Rus sərkərdəsi Qacar sarayının həyəcanlanmasını və yeni canlı qüvvənin Qəzvinə gətirilməsini eşitdikdə Qacar dövləti məsələsini tezliklə həll etmək fikrinədüşüb,inandığı adamlardan Qacar şahı sarayınasülh danışıqları üçün gömdərmişdir. Qaimməqam isəAbbas Mirzənin əmri üzrə Paskeviçinnümayəndəsi ilə birlikdə saziş məsələsini bitirmək üçünyola düşmüşdür.Qaimməqam Fətəli şah Qacarın yanındaQacar əsgərlərininacınacaqlı vəziyyəti,onların yorğunluğu, şahın hərbi qərərgahının xəsisliyi nəticəsində ordunun vəsaitlə təmin olunmaması haqdadanışaraq,Qacar-Rus savaşına son qoymağı məsləhət bilmişdir.

Uzun müharibə ərzində Abbas Mirzənin fəaliyyətlərinə, qəhrəmanlıqlarına həsəd,kinlə baxan şahzadələr və bəzi başçılar fürsətdən istifadə edərək,şahın yanında bu fədakar,cəsarətli, vətənpərvər şahzadə Abbas Mirzəyəçoxlu qara yaxmış,onun üstünə çımxırıb demişlər: “Qacardövlətinin şərəfini bu biabırçı ləkədən təmizləmək üçünvərusları Azərbaycan və Qafqaz şəhərlərindən,həttaTiflisdən qovmaq üçün hamımız ruslara qarşı müharibə etməyə hazırıq”.Lakin Qaimməqam Qacar ordusunun və rus ordusunun vəziyyətini izah edərək, öyüd-nəsihət vermiş,qeyd etmişdir ki,Rusiya imperiyası Avropa müharibələrindən qurtarmış,indi isə bütün ordusunu Qacar dövlətinə doğru yönəldəcəkdir.Nəhayət, Fətəli şah Qacar Qaimməqamın fikirləri ilə razılaşıb,əmr vermişdir ki,Qacar dövləti xarici işlər naziri şirazlı MirzəƏbülhəsən xan və QaimməqamPaskeviçinnümayəndəsi ilə birlikdə Tufarqan şəhərinə gedib saziş bağlanmasına zəmin hazırlasınlar və sazişin şərtləri haqda lazımi danışıqlar aparsınlar.

Lakin şahın xüsusi nümayəndəsi hərəkət etdiyi vaxt həmişə hadisələrdən öz mənafeyi üçün istifadə etməyə çalışan saray adamlları və Qacar şahzadələri şahı məcbur etmişdilər ki, Naibüssəltənə Abbas Mirzəni vəliəhdlikdən kənar edib, Şücaüssəltənəni onun yerinə təyin etsin və onu yeni qoşunlarla ruslarla müharibəyə göndərsin.Bu tələblər və o barədə yayılan şayələr o qədər artmışdır ki,Paskeviçin nümayəndəsi öz sərkərdəsinə məktub yazmış və qeyd etmişdir ki,Abbas Mirzənin vəliəhlikdən salınmasına görə Fətəli şah Qacarla saziş müzakirələri aparmağın heç faydası yoxdur.

Paskeviç bu məktubu aldıqdan sonra Asəfüddövləni özü ilə götürüb Tufarqandan Təbrizə yollanmışdır.Bu vəziyyətdən bərk kədərlənən Abbas Mirzə savaşişidən əl çəkmək məqsədi ilə Sayınqala yolu iləGorustərəfə getmək məcburiyyətində qalmışdır.Saray şahzadələrinin təxribatı Fətəli şaha o qədər təsir etmişdir ki,o,birdən-birə fikrini dəyişdirib,Rusiya imperiyası əleyhinə cihad etməyə hazırlaşmışdır.

Nəhayət, Naibüssəltənə Abbas Mirzə və Qaimməqam Fətəl şah Qacarın yanına gedərək Qacar qoçunlarının acınacaqlı vəziyyəti haqda geniş məlumat verdikdən sonra şahın saziş üçün qorxusunu və şübhəsini aradan qaldıra bilmişlər.Buna görə Fətəli şah Qaimməqam Mirzə Əbülqasım vasitəsi ilə xəzinəsindən Rusiyaya pul göndərmək məcburiyyətində qalmışdır.

Abbas Mirzənin məğlub olmaqda günahlandırılması

Xəsisliyi ucundan müharibənin həqiqi vəziyyətinə diqqət verməyən, altı milyon hərbi qənimət verməmək üçün qəzəblənib hər şeyə,hamıya bədbin olanFətəli şah, Abbas Mirzənin qoşunlarına pul verməməsi nəticəsində əmələ gəlmiş məğlubiyyət və bədbəxtliyin günahını cəsarətli oğlunun boynuna atmışdır.Qeyrətli vələhdin dəhşətli Qacar-Rusiya müharibələrində,habelə Osmanlılarla müharibədə düşmənə qarşı göstərdiyi tərifəlayiq və şahın özünün etiraf etdiyi fədəkarlığa, vətənpərvərliyə Fətəli şah insafsızcaslna heç qiymət vermir. Naibüssəltənəni danlayaraq, gözdən salırdı.

Bu məsələ Fətəli şahın məktubundan məlum olur.Qacar şahı belə yazır: İş müharibəyə qalarsa oğlu Şücaüssəltənə Xorasan,Darülümar və Darülxilafə qoşunları ilə müharibə etməyə hazırdır və Məmməd Tağı Mirzə öz adamları ilə Zərəddə, Sipəhdar Əraq əsgərləri ilə Savədə, Şeyxəli Mirzə öz qoşunu ilə, habelə Xəmsə ordusu Zəncan tərəfdən oğluma yardım göstərməyə hazırdılar.Azərbaycanda mümkün olduqca əsgər toplamaq haqqında oğlum fikirləşməli, o tərəfdə cihada, müharibəyə məşğul olmalıdır.

Tehrandan altı milyon əşrəfinin qatırlara yükləyib göndərən zaman qatırların zınqırov səsini eşitdikdə özündən gedən Fətəli şah bu məktubda pulu göndərməyin minnətini vəliəhd olan oğlunun boynuna yükləmiş,müharibədə məğlubiyyətinin təqsirini onun üstünə atmışdır. Nəhayət,Türkmənçay adı ilə məşhur olan və demək olar ki, Qacar dövlətinin qonşuları ilə bağladığı ən biabırçı saziş 1828-ci ildə imzalanmışdır.Bu sazişin əhəmiyyətli fəsilləri və maddələri aşağıdakılardan ibarətdir:

Türkmənçay sazişinin əhəmiyyətli fəsilləri və maddələri

Əlahəzrət Rusiya dövlətinin İmperatoru I Nikolay və əlahəzrət Qacardövlətinin şahənşahı Fətəli xan Qacar qonşu olmaq münasibəti ilədüşmənçiliyə son qoymaq üçün saziş bağlamaq qərarına gəldiklərinə görə, əzəmətli Rusiya imperatoru cənab İvan Paskeviçi,Qacar şahı isə öz tərəfindən Naibüssəltənəni öz ixtiyarlı müvəkkilləri təyin etmişdir. Türkmənçayda onlar öz vəsiqələrini bir-birinə tapşıraraq aşağıdakı fəsilləri tərtib etmiş və qərara gəlmişlər ki: Birinci,ikinci fəsillərin məzmunu: Əlahəzrət Rusiya imperatoru ilə Qacar dövləti şahənşahı və onun vələhdləri,canişinləri arasında, habelə onların məmləkətləri bu gündən etibarən hər iki şah Qarabağda bağlanmış Gülüstan sazişini ləğv edərək,bu uğurlu,yeni sazişi maddələri və şərtləri ilə birlikdə bağlamışlar;

Üçüncü fəsil-Qacar dövləti şahı özünün vəliəhdləri tərəfindən bütün Naxçıvan,İrəvan və ətraf kəndləri,istərsə Arazın bu tayında və istərsə o tayında Rusiya dövlətinə vermiş,öhdələrinə almışlar ki,bu saziş imzalandıqdan sonra altı ay içərisində bu iki vilayətin idarəsinə aid olan bütün dəftərləri və göstərişləri Rusiya başçılarına versin.

Dördüncü fəsil-Qacar və Rusiya dövlətlərinin sərhədləri belə təyin olunmuşdur: Osmanlı dövlətinin sərhədindən,yəni kəsə yolla Kiçik Ağrıdağ zirvəsinə doğru (çatıb) gedən xətdən başlayaraq,sərhəd xətti həmin zirvəyə çatıb, Kiçik Ağrıdağın cənub ətəyindən axan Aşağı Qarasu çayının mənbəyinə tərəf uzanır.

Sonra sərhəd xətti Qarasu çayı boyunca Şərurun qarşısındakı nöqtədə həmin çayın Arazla birləşdiyi yerə qədər çəkilir.Buradan Araz boyu ilə Abbasabad qalasına tərəf uzanır.Arazın sağ sahilində həmin qalanın istehkamlarından bu tərəfə, sərhəd xətti üzərindəki hər tərəfdən yarım ağac,yəni üç verst yarım məsafəsində olan bu yerlərin Rusiya dövlətinə dəxli vardır və bu gündən etibarən iki ay ərzində bu yerlər məlum ediləcəkdir.Şərq tərəfdə sərhəd xətti Araz çayının yapışdığı nöqtədən başlayaraq,üç ağac,yəni iyirmi bir verstlik bir məsafədə Araz çayı kənarındakı yerlər Qacar dövlətinin olur,sərhəd xətti bu nöqtəyə çatdıqda Muğan düzənliyindən keçib Balha çayının (Balharud) bir nöqtəsinə gəlib Adınabazarda iki çayın birləşdiyi nöqtədən həmin çayın mənbəyinə tərəf uzanaraq,oradan Məgir zirvəsinə çatır.Beləliklə, Xəzərdənizinə axan bütün çaylar Rusiyanın və Qacar tərəfinə axan çaylar Qacar dövlətinin olur.

Beşinci fəsil-Əlahəzrət Qacar dövləti şahı özünün və vəliəhdlərinin tərəfindən təyin olunmuş sərhəd xətti vədağları ilə Xəzər dənizi arasındakı bütün yerləri,habelə köçəri və oturaq tayfaları əbədi olaraq Rusiya dövlətinin mülkü bilir.

Altıncı fəsil-Əlahəzrət Qacar dövləti şahı Rusiya dövləti və əhalisinin ziyanını ödəmək üçün on korur,yəni iyirmi milyon rus manatından ibarət pul vermək qərarına gəlmişdir.Bu pulu ödəmək vaxtı və veriləcək yeri başqa bir müqavilədə təyin olunması həmin sazişdəaydıncasına qeyd olunur.

Yeddinci fəsil-Qacar dövləti şahıFətəli şah Abbas Mirzə cənablarını vəliəhd təyin etmiş, Rusiya imperatoru isə onu təsdiq etdiyinə görə öhdəsinə götürür ki,o,cənabı Qacarölkəsinin şahlığına çatması üçün müdafiə etsin.

Səkkizinci fəsil- Rusiya və Qacar dövlətinin ticarət gəmiləri keçmişdə olduğu kimi hər iki tərəfdən Xəzər dənizinə və onun sahillərinə gəlib-getməyə haqlıdırlar.

Doqquzuncu fəsil-Ticarət məsələsini dəhər iki ali mənsəbli şahlar bu sazişə əlavə olunmuş ayrıca müqavilə üzrə təsdiq etmişlər.Əlahəzrət Qacar ölkəsinin şahı öhdədar olur ki,Rusiya dövləti istədiyi yerdə təyin etdiyi konsullara,ticarət işlərini müdafiə edən nümayəndələrə,onların sayı ondan çox olmamaq şərti ilə ehtiram və onları himayə eləsin.Rusiya imperatoru isə Qacar konsulları və ticarət işlərini müdafiə edən nümayəndələriinə qarşı qarşılıqlı rəftar edəcəyini vəd edir.

Onuncu fəsil-Saziş bağlayan iki əzəmətli dövlət hər iki tərəfin təbəqələrinin mənafeyi ilə maraqlandıqlarına görə bu qərara gəlirlər ki, Arazın həm bu tayında,həm də otayında mülkləri olan adamlar üçün mülklərini alıb sata bilmələrindən ötrü üç il möhlət təyin edilsin.Lakin Rusiya imperatoruI Nikolay İrəvanın keçmiş sərkərdəsi Hüseynqulu xanı, onun qardaşı və keçmiş Naxçıvan valisi Həsən xan Sarı Aslan bu fəsillərdə deyilən adamlardan istisna edir.OnlarRusiya imperatoruna mənsub olan bütün yerlərdə bu fəsildən istifadə etməyə haqlı deyildirlər.

Türkmənçay müqaviləsində ruslar tərəfindən artırılmış fəsillərdən məlum olur ki,məşhur sərkərdələr Hüseynqulu xan Sərdar və Həsən xan Sarı Aslanıngöstərdikləri vətənpərvərlik və qoçaqlıq Rusiya dövlətini və onun ordu komandanlarını elə qəzəbləndirib,əsəbi etmişdir ki,intiqam almaq üçün onları qanuni haqülarından da məhrum etmişlər.

On birinci fəsil- İki tərəf belə qərara gəlmişdilər ki, son müharibədən əvvəl,yaxud sonra,yaxud keçmiş müharibədən bəri həmişə əsirlikdə qalanadamlar dörd ay ərzində iki dövlətin nümayəndələri tərəfindən öz vətənlərinə qaytarılmaq üçünAbbasabada göndərilməlidirlər.

On ikinci fəsil-Müharibədə rusların işğal etdiyi,sonra Qacar dövlətinə qaytarılmış vilayətlərdə ayrılıqda,yaxud ümumi surətdə xəyanət etmiş adamların taqsırından Qacar dövləti şahı keçmişdir. Bu kimi adamlar öz ailəsi ilə birlikdə yaşadıqları vilayətdən köçüb getməyə haqlıdırlar.

On üçüncü fəsil-Saziş imzalndıqdan sonra iki tərəf dərhal qoşunlarına göstəriş verməlidirlər ki,müharibə və hücum əməliyyatı dayandırılsın. Bu sazişin məzmunu iki nüxsədə yazılmış,iki dövlətin müvəkkilləri tərəfindən imzalanıb mübadilə edilmişdir.

Sazişdəki imzalar Rusiya imperatoru və Qacar şahı tərəfindən təsdiq eilmişdir.Türkmənçay kəndində 1243-cü il (1828) şəban ayının 5-də yazılmış və cənab Naibüssəltənə Abbas Mirzə tanış olduqdan sonra təsdiq etmişdir.Xarici işlər naziri Mirzə Əbülhəsən xan imzalamışdır.

Türkmənçay sülh müqaviləsi

Ruslar İrəvan və Naxçıvanı zəbt etdikdən sonra qarşılarında artıq bir maneə qalmadığından az bir zaman içində Təbrizi zəbt və digərAzərbaycan şəhəri Tehran istiqamətində irəliləməyə başladılar.Ruslar Osmanlı dövləti ilə müharibə etmək fikrində olduqlarından,Qacar dövləti ilə sülh bağlamağa məcbur oldular.Türkmənçay sülh müqaviləsinin imzalanma tarixi 10 (22) fevral 1828-ci il Təbriz yaxınlığındakı Türkmənçay kəndidi.Müqavilənin qüvvəyə minmə tarixi 29 iyul (10 avqust) 1828-ci ildi. Qacar dövləti ərz edildiyi kimi, Azərbaycan hökuməti zavala uğrayaraq Qacar Azərbaycanı və Rus Azərbaycanı adıyla iki qismə ayrıldı. Bu müqaviləyə görə, Qacar (Azərbaycan) hökuməti İrəvan,Naxçıvan xanlıqlarının Rusiyaya ilhaqını təsdiq edərək özü də Xəzər dənizində hərbi gəmilərinin üzməsi haqqından məhrum və iyirmi milyon manat hərbi təzminat verməyə məcbur edildi.

Məğlubiyyətin səbəbləri

Qacar dövləti müharibəyə vaxtında hazırlanmadı.1826-cı ildə müharibə başladığı halda Qacar dövləti ancaq 1827-ci ildə qalaları təmir edə bildi və “Nizami-cədid” deyilən əsl ordu təşkilatında müharibəyə başladı və yalnız sonrakı ildə cihad elan olundu.Hərb hazırlığı çox ləng cərəyan etdiyindən mühüm fürsətlər qaçırıldı və müharibə nizamsız toplanmış olan türk qəbilələri və tayfaları vasitəsi ilə icra edildi.

Qacar ordusunun da düşməndə olan əsgəri təchizatı yox idi və rusların hər cəhətdə olduğu kimi,topçu qüvvələri də Qacar dövləti topçusundan tam üstün idi.Bu səbəbdən vərus ordularının hədsiz çoxluğundan dolayı aparılan müharibələrdə Qacar dövləti müvəffəq olmayıb məğlub oldu.Təbii ki,Quzey Azərbaycan xanlıqları da məğlub olaraq rusların idarəsi altına keçdilər.

Ardı var

Seçilən
17
1
turkustan.az

2Mənbələr