AZ

Azərbaycanın voleybol və futzal yığmaları VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayır

Bakı, 4 noyabr, AZƏRTAC

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarına start veriləcək.

AZƏRTAC xəbər verir ki, Oyunların birinci günündə futzal və voleybol üzrə yarışlar keçiriləcək.

Azərbaycanın voleybol millisi ilk matçda İran seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Futzal millimiz isə A qrupunun I turunda Liviya seçməsini sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi noyabrın 7-də keçiriləcək. Multiidman yarışına noyabrın 21-də yekun vurulacaq.

Seçilən
34
2
azertag.az

4Mənbələr