AZ

Məişət zorakılığı ilə bağlı qanunvericilik təkmilləşdirilib - Bahar Muradova

Bakı.Trend:

Məişət zorakılığı sahəsində qanunvericiliyin təkmilləşdirilməsiistiqamətində ən mühüm dəyişikliklər edilib.

Trend xəbərverir ki, bunu bu gün “Ailə, qadın və uşaq məsələləri Azərbaycanqanunvericiliyində” adlı mətbuat konfransında Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışzamanı səsləndirib.

O bildirib ki, “Məişət zorakılığının qarşısının alınmasıhaqqında” Azərbaycan Respublikasının Qanununun əhatə dairəsigenişləndirilib.

“Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət vəsaitihesabına pulsuz hüquqi yardım göstərilir. Qısamüddətli mühafizəorderinin müddəti 30 gündən 60 günə, uzunmüddətli mühafizəorderinin müddəti isə 60 gündən 180 günə artırılıb”, – deyə komitəsədri qeyd edib.

Bahar Muradova vurğulayıb ki, qanunvericiliyin tələblərinintəkrar pozulması artıq sanksiyalaşdırılıb.

“Bundan əlavə, məişət zorakılığından zərər çəkmiş şəxslər üçünmərkəzi və yerli səviyyədə yeni qurumlararası monitorinq vəəlaqələndirmə mexanizmi yaradılıb”, – deyə o əlavə edib.

Seçilən
12
2
az.trend.az

3Mənbələr