Fələstin Xarici İşlər Nazirliyi İsrail Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının fələstinli məhbuslara ölüm cəzası tətbiq edən qanun layihəsini təsdiq etməsinə reaksiya verib.
Turkustan.az xəbər verir ki, Nazirlik açıqlamasında qanun layihəsini “müharibə cinayətlərinin rəsmi bəyannaməsi” kimi qiymətləndirib.
Fələstin Administrasiyası İsraildəki fələstinli məhbuslara edam cəzası tətbiq edən qanun layihəsini “müharibə cinayətlərinin rəsmi bəyannaməsi” kimi qiymətləndirib və onu dəstəkləyənlərin cəzalandırılmasını tələb edib.
Fələstin Xarici İşlər Nazirliyi, İsrail Parlamentinin Milli Təhlükəsizlik Komissiyasında fələstinli məhbuslara edam cəzası nəzərdə tutan qanun layihəsinin təsdiqindən sonra yazılı açıqlama verib.
Qanun layihəsinin qanunverici orqan vasitəsilə hərbi cinayətlər və insanlığa qarşı cinayətləri rəsmən elan etdiyi bildirilən bəyanatda qeyd edilir ki, bu, İsrail radikalizmi və cinayətlərinin nəzarətdən çıxdığını və xroniki xarakter aldığını nümayiş etdirir.
Bəyanatda deyilir ki, İsrail məhkəmə sistemi və parlamenti cinayətləri leqallaşdırmaq və cəzadan yayınmaq üçün alətə çevrilib.
Aytən Yaşar/ Turkustan.az