AZ

Maye qazın istehsal həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 169,2 min ton maye qaz istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 11,8 faiz və ya 17,8 min ton çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin avqust ayı ilə müqayisədə isə sentyabrda istehsal həcmində 5,9 faiz və ya 1 min ton artım qeydə alınıb. Sentyabr ayında 18,3 min ton maye qaz istehsal edilib.

Oktyabr ayının 1-nə hazır məhsul ehtiyatı 2,3 min ton təşkil edib.

Seçilən
48
vergiler.az

1Mənbələr