Suriyadan Almaniyaya gəlmiş qaçqınlar artıq ölkəni tərk edib vətənlərinə qayıtmalıdırlar, çünki Suriyada vətəndaş müharibəsi başa çatıb.
Bizim.Media xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts bəyan edib.
“Müharibə artıq bitib. Almaniyada sığınacaq verilməsi üçün heç bir əsas yoxdur, buna görə də deportasiya prosesinə başlaya bilərik”, – deyə Merts bildirib.
O, ümid etdiyini vurğulayıb ki, qaçqınların böyük hissəsi öz istəkləri ilə Suriyaya qayıdacaq və ölkənin bərpasında iştirak edəcək, çünki bu, onların iştirakı olmadan mümkün deyil.
“Kim Almaniyada qalaraq qayıtmaqdan imtina etsə, gələcəkdə onlar deportasiya edilə bilərlər”, – deyə Merts əlavə edib. (Deutsche Welle)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta