Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində standartlaşdırma” (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən, əməyin mühafizəsi üzrə növbəti 13 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib.Yeni standartlar sağlamlıq, təhlükəsizlik, idarəetmə və texniki səmərəlilik tələblərini əhatə edir və Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanıb.Təsdiq edilmiş 13 yeni standart, əməyin mühafizəsi, fərdi mühafizə vasitələri, insan resurslarının idarə edilməsi, kimyəvi və texnoloji təhlükəsizlik sahələrinə dair tələbləri müəyyən edir.Bu standartların tətbiqi iş yerlərində təhlükəsizliyin artırılması, peşə xəstəliklərinin qarşısının alınması, fərdi mühafizə vasitələrinin düzgün təmin olunması və risk əsaslı idarəetmənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Dövlət Əmək Müfəttişliyi Xidməti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, SOCAR, KOBİA, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təmsil olunduğu Texniki Komitə əmək sahəsi üzrə yeni standartların hazırlanması istiqamətində işləri davam etdirir.Qeyd edək ki, əməyin mühafizəsi sahəsində 2025-ci il üzrə planlaşdırılan 111 standartdan 76-sı artıq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul olunub.
                        
                    - Gecə Modu
 - Ana səhifə
 - Statistika
 - Mənbələr
 - Reytinq
 - Hava
 - Valyuta
 
                        

