AZ

Türkiyənin 7 şəhərində kriminal dəstələr qarşı əməliyat: 64 nəfər tutulub

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin 7 şəhərində kriminal dəstələr qarşı əməliyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə, jandarma qüvvələrinin iştirakı ilə 7 şəhərdə 8 ayrı mütəşəkkil kriminal dəstələrə qarşı uğurlu əmliyyat baş tutub: "Əməliyyatlarda 64 şübhəlini saxladıq. Onlardan 36 nəfəri haqqında həbs qətmkan, 26-sı haqqında ev dustaqlığı qərarı verilib. 2 nəfərin istintaqı davam edir"

Nazir deyib ki, saxlanılanlar fırıldaqçılıq, silah qaçaqmalçılığı, təhdidlər, ev və nəqliyyat vasitələrinə atəş açmaq, qumar, xərackəsmə, sələm və sair cinayətlərdə ittiham olunurlar.Samir Musayev

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
1
mia.az

2Mənbələr