AZ

Meyitdən ürək transplantasiyası – Azərbaycanda ilk

Meyitdən

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 3 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunan pasiyentə beyin ölümü diaqnozunun qoyulması barədə məlumat daxil olubMərkəz tərəfindən dərhal orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə tədbirlər həyata keçirilib. Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümunəsi göstərərək orqanları bağışlamağa razılıq verib. Bununla da, Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilib. Ürək transplantasiyası əməliyyatı Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərliyi altında ixtisaslı tibbi heyət tərəfindən yüksək peşəkarlıqla icra olunub. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakini 21 yaşlı Rəşad Məmmədəliyevə köçürülüb.Əməliyyatla bağlı Rəşadın atası bildirib ki, oğlu ürək problemi yaşadıqdan sonra dərhal müalicəyə başlanılıb. “Rəşadda yerimə problemi, təngnəfəslik və digər əlamətlər aşkarlandıqdan sonra müxtəlif müalicələr tətbiq olundu. Təxminən 5-6 ay əvvəl bir neçə həkimə müraciət etdikdən sonra Mərkəzi Klinikada Kamran Musayevin qəbuluna getdik. Həkim əməliyyatı üzərinə götürdü və oğlum üçün donor tapıldı”, – deyə ata qeyd edib. Atanın sözlərinə görə, əməliyyat oktyabrın 23-də gecə saat 3 radələrində başlayıb və günorta saat 11:30-da uğurla başa çatıb. Hazırda Rəşad palatada həkim nəzarəti altında saxlanılır, qismən hərəkət edir və özünü normal hiss edir. Hələ ki, görüşə icazə verilmir, yalnız qısa müddətli telefon danışıqları mümkündür.Ulusum.az

Diqqət Çəkənlər

“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü

Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası

Səmərqənd – Registan Meydanı VİDEO

Seçilən
1
ulusum.az

1Mənbələr