Müəllif:Mehin Qasımova,Banco.az
Texnoloji nəhəng "Alphabet" süni intellekt və bulud xidmətlərinə yatırımları maliyyələşdirmək məqsədilə böyük istiqraz emissiyası həyata keçirib.
Banco.az xəbər verir ki, şirkət Avropada 6,5 milyard avro (7,48 milyard dollar) və ABŞ-da 17,5 milyard dollar dəyərində istiqraz buraxıb.
ABŞ istiqrazları üç ildən 50 ilə qədər olan səkkiz tranşda təklif edilib. Ən uzunmüddətli istiqraz ABŞ Xəzinədarlıq istiqrazlarından 1 faiz bəndi yüksək gəlir təqdim edib və emissiyaya təxminən 90 milyard dollar tələb olub.
Mütəxəssislər bildirirlər ki, süni intellekt sahəsində artan rəqabət fonunda böyük texnologiya şirkətləri nəhəng məlumat mərkəzlərinə milyardlarla dollar sərmayə qoyur.