AZ

Çempionlar Liqası həyacanı davam edir: Liverpul Real a, Bavariya PSJ yə qarşı

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turu start götürür. Sport24.az xəbər verir ki, "köhnə qitə"nin yaşıl meydanlarında 9 matç keçiriləcək.

"Qarabağ"ın rəqiblərindən "Napoli" və "Ayntraxt" İtaliyada üz-üzə gələcəklər. Maraqla gözlənilən qarşılaşmalardan biri İngiltərədə baş tutacaq.  "Real" "Liverpul"un qonağı olacaq. PSJ isə "doğma divarlar" arasında "Bavariya"nı qonaq edir. 

Qeyd edək ki, turun digər görüşləri sabah keçiriləcək. Mötəbər turnirdə təmsilçimiz "Qarabağ" "Çelsi" ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

IV tur

4 noyabr

21:45. "Napoli" (İtaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

21:45. "Slaviya" (Çexiya) -"Arsenal" (İngiltərə)

00:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya)

00:00. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya)

00:00. "Atletiko" (İspaniya) - "Yunion" (Belçika)

00:00. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)

00:00. "Tottenhem" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

00:00. "Olimpiakos" (Yunanıstan) - PSV (Niderland)

00:00. "Budyo Qlimt" (Norveç) - "Monako" (Fransa)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
11
sport24.az

10Mənbələr