AZ

"Starbucks" səhmlərinin böyük hissəsini 4 milyard dollara satır

Müəllif:Mehin Qasımova,Banco.az

"Starbucks" Çindəki əməliyyatlarında əhəmiyyətli payını yerli investor Boyu Capital-a satmağa razılaşıb.

Banco.az xəbər verir ki, razılaşmaya əsasən, Boyu Capital şirkətin Çindəki pərakəndə satış əməliyyatlarının 60 faizini 4 milyard dollar dəyərində alacaq. Əməliyyatlar bundan sonra yeni yaradılacaq ortaq müəssisə vasitəsilə idarə olunacaq.

"Starbucks" isə qalan 40 faizlik payı özündə saxlayacaq və brendin lisenziyalaşdırılması ilə bağlı hüquqlarını qoruyacaq.

Qeyd edək ki, "Starbucks" 1999-cu ildə Pekində ilk mağazasını açdıqdan sonra ölkədə təxminən 8 min mağazaya qədər genişlənib. Lakin son illərdə yerli rəqiblərlə rəqabət şirkət üçün çətinləşib. Xiamen mərkəzli Luckin Coffee Inc. yalnız iki il ərzində Starbucks-ın qiymətlərinin üçdə birinə məhsul təklif edərək Çinin ən böyük qəhvə zəncirinə çevrilib.

Mütəxəssislər hesab edirlər ki, bu satış Starbucks-ın Çin bazarında fəaliyyətini daha səmərəli idarə etməsi və yerli bazar dinamikasına uyğunlaşması məqsədi daşıyır.

Seçilən
76
1
banco.az

2Mənbələr