AZ

Hüseyn Həsənov axtarışa verildi

Rusiya azərbaycanlı bloqer Hüseyn Həsənovu yenidən axtarışa verib.

"Bakuinfo" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bundan əvvəl may ayında blogger çirkli pulların yuyulması işi ilə əlaqədar axtarışa verilmişdi. Məlumata görə, o, Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsinə əsasən - xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur.

Qeyd edək ki, Həsənov Rusiyanı 2025-ci ilin fevralında tərk edib.  (Unikal.az)

Seçilən
45
1
bakuinfo.net

6Mənbələr