AZ

"Qarabağ"ın rəqibinin futbolçusu əməliyyat olundu: "Qayıdışım artıq başlayıb"

BAKI, 4 noyabr. TELEQRAF

İtaliyanın “Napoli” klubunun yarımmüdafiəçisi Kevin De Bruyne əməliyyat olunub.

Teleqraf xəbər verir ki, bu barədə 34 yaşlı belçikalı futbolçu öz sosial şəbəkə hesabında məlumat verib.

A Seriyasının VIII turunda “İnter”lə (3:1) oyunda zədələnərək sağ budunun iki başlı əzələsinin qopması diaqnozu qoyulan futbolçu qeyd edib: “Hamıya salam! Bildiyiniz kimi, müəyyən müddətə sıradan çıxmışam. Yaxşı xəbər budur ki, əməliyyat uğurla keçdi. Qayıdışım artıq başlayıb! Bütün mesajlar üçün təşəkkür edirəm!”.

Qeyd edək ki, belçikalı yarımmüdafiəçi bu mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib. “Napoli” UEFA Çempionlar Liqasınının əsas mərhələsinin V turunda noyabrın 26-da “Qarabağ”I qəbul edəcək.

Seçilən
46
2
teleqraf.com

3Mənbələr