AZ

44 yaşlı baş məşqçi oyun zamanı ÖLDÜ

Serbiya Superliqasında çıxış edən "Radniçki" klubunun baş məşqçisi Mladen Jijoviç faciəvi şəkildə dünyasını dəyişib.

Milli.Az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə qarşılaşmanın 22-ci dəqiqəsində baş verib. 43 yaşlı mütəxəssis ehtiyat skamyasında olarkən qəfil huşunu itirib.

Təcili tibbi yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticə verməyib və Jijoviç xəstəxanada vəfat edib.

Futbolçular məşqçilərinin ölüm xəbərini oyunun 41-ci dəqiqəsində alıblar. Duyğusal anlar yaşanıb, oyun dərhal dayandırılıb, futbolçular meydanda diz çökərək ağlayıblar.

Məlumat üçün bildirək ki, Mladen Jijoviç "Radniçki" klubunun baş məşqçisi kimi cəmi üçüncü oyununa çıxmışdı.

Hüseyn
Milli.Az

Seçilən
21
milli.az

1Mənbələr