AZ

Ukraynadan Rusiya ordusuna sarsıdıcı zərbə: Hava hücumundan müdafiə sistemləri məhv edildi

Vətəninfo.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib ki, Ukrayna kəşfiyyatçıları Krımda Rusiyanın çoxsaylı hava hücumundan müdafiə obyektlərini məhv edib.

“Noyabrın 1-dən 2-nə keçən gecə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Aktiv Əməliyyatlar İdarəsinin mütəxəssisləri müvəqqəti işğal olunmuş Krımda yerləşən Rusiyaya məxsus daha bir dəyərli hava hücumundan müdafiə obyektinə hücum ediblər”, – deyə məlumatda bildirilir.

Kəşfiyyatçıların bildirdiyinə görə, döyüş mövqeyində S-400 “Triumf” zenit-raket batalyonunun komanda məntəqəsinə endirilən zərbə Rusiyanın 92N6E çoxfunksiyalı radarını və S-400 komanda məntəqəsinin avtonom enerji təchizatı sistemini sıradan çıxarıb.

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin məlumatına görə, digər strateji obyektlər də vurulub.

Seçilən
41
veteninfo.az

1Mənbələr