AZ

2025-ci ilin ən böyük buğda istehsalçıları... - Siyahı

2025-ci

2025-ci ildə ən çox buğda istehsal edən ölkələr məlum olub.

Reyting.az
xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Xarici Kənd Təsərrüfatı Xidmətinin infoqrafik məlumatına görə, bu il dünya üzrə buğda istehsalı rekord həddə çatıb. Bu sahədə liderliyi isə Avropa İttifaqı ilə Çin bölüşüb.

Məlumata görə, Avropa İttifaqı ilə Çin - hər biri təxminən 140 milyon tona yaxın buğda istehsal edib.

İlk onluq belə formalaşıb (milyon tonla):

Avropa İttifaqı - 140

Çin - 140

Hindistan - 117,5

Rusiya - 85

ABŞ - 52,4

Kanada - 36

Avstraliya - 34,5

Pakistan - 28,9

Ukrayna - 23

Argentina - 19,5.

Bu ölkələr ümumilikdə, dünya buğda istehsalının 90 faizindən çoxunu təmin edir.

Mütəxəssislərin fikrincə, buğda uzun illər dünya üzrə ən tələbatlı dənli bitki olacaq ki, bunun da ən önəmli səbəbi buğdanın indiyədək bəşəriyyətin enerji tələbatının təxminən 20 faizini qarşılayan əsas ərzaq məhsulu olmasıdır.

Məlum olduğu kimi, 2025-ci ildə bu dənli bitkinin rolu daha da genişlənib. Hazırda buğda artıq qlobal ərzaq təhlükəsizliyi və iqlim dəyişikliklərinə davamlılıq, eləcə də dünya ticarətinin sabitliyi ilə çox sıx bağlı olan böyük müzakirələrin mərkəzindədir.

Avropa və Çin hələlik liderliklərini qoruya bilsələr də, artıq Hindistan sürətlə onlara yaxınlaşır, lakin daxili tələbat çox yüksək olduğundan Hindistan dövlətinin buğda istehsalının böyük hissəsi ölkə daxilində qalır.

Rusiya Federasiyası və ABŞ kimi ölkələr buğda istehsalında əsas ixracatçılar kimi Afrikanı və Yaxın Şərq bazarlarını davamlı təmin edə bilir.

Kanada və Avstraliya kimi buğda istehsal edən ölkələr isə hələlik bütün dünyanın probleminə çevrilmiş qlobal iqlim riskləri ilə dəfələrlə üz-üzə qalsalar da, keyfiyyət və dayanıqlılıq göstəricilərində daim fərqlənirlər.



Oqtay QORÇU
Seçilən
35
reyting.az

1Mənbələr