AZ

"Mən Vinisiusla "El Klasiko"dakı insidentlə bağlı danışdım" - KarloAnçelotti

"Real Madrid"in sabiq baş məşqçisi Karlo Ançelotti Vinisius Juniorla bağlı son qalmaqala münasibət bildirib.

Fanat.Az xəbər verir ki, braziliyalı vinger "Barselona" ilə oyunda əvəzləndikdən sonra narazılığını nümayişkaranə şəkildə bildirərək baş məşqçi Xabi Alonsonu günahlandırıb. 

Hazırda Braziliya millisinin baş məşqçisi olan Ançelotti insidentlə bağlı danışıb. AS italiyalı məşqçinin fikirlərini belə çatdırıb: 

"Mən Vini ilə "El Klasiko"da əvəzlənməsinə reaksiyası barədə danışdım. Düşünürəm ki, o, səhv edib və mən bunu ona açıq şəkildə dedim. O, artıq öz səhvini etiraf edib və üzr istəyib. Ona görə də məncə, problem həll olunub. Onun şəxsi həyatı? Mən Vinisiusun atası deyiləm ki onun şəxsi həyatı barədə danışım. Amma onun qardaşı olmaq istəyirəm. Yaxşı münasibətimiz var. Nəsə baş verəndə bir-birimizə məlumat veririk".

Xatırladaq ki, italiyalı mütəxəssis bu ilin mayında “Real Madrid”dən ayrılaraq Braziliya millisinin sükanı arxasına keçib.

Mirağa

Seçilən
51
1
fanat.az

2Mənbələr