AZ

Almaniyada deputatın maşınını yandırdılar


Almaniyada daha bir skandal yaşanıb. Məsələ burasındadır ki, Almaniya üçün Alternativ Partiyasının üzvü, (AfD) Bundestaq deputatı Bernd Baumannın ailəsinə məxsus avtomobil Hamburqun Otmarşen rayonunda yandırılıb. Bu barədə nüfuzlu "Bild" nəşri məlumat yayıb. Qəzetin məlumatında deyilir ki, B. Baumann səhər saatlarında dövlət təhlükəsizlik işçiləri tərəfindən avtomobilinin yandırılması barədə məlumatlandırılıb. Təxminən 12 saat sonra "Antifa" qrupu yanğına görə məsuliyyəti öz üzərinə götürüb. Almaniya polisi artıq hadisə barədə tədqiqata başlayıb. Mətləb
Seçilən
35
baki-xeber.com

1Mənbələr