AZ

“OPEC+” neft tədarükünü niyə artırır?

“OPEC+” razılaşmasının üzvü olan 8 ölkənin nazirləri dekabr ayında neft hasilatı kvotalarını gündə 137 min barel artırmaq qərarına gəliblər. Qərar 2026-cı ilin yanvar, fevral və mart aylarında istehsal artımını nəzərdə tutur. Yeni tədarük siyasətinə əsasən, alyanc üzvləri ötən ilin sonlarında könüllü olaraq azaltdıqları 1,65 milyon barel hasilatı yenidən bərpa etmək niyyətindədir. Belə ki, neft hasilatını azaldan Əlcəzair, Küveyt, İraq, BƏƏ, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Oman və Rusiyanın razılaşdırması sayəsində qəbul edilən gündəlik 1,65 milyon barel azalmanın məqsədi qiymət sabitliyini təmin etmək idi və 2026-cı ilə qədər nəzərdə tutulub. Alyans üzvlərinin yenidən əks-istiqamətdə, yəni tədarük sıxılmasına deyil, artırılmasına yönəlmiş qərarları ona dəlalət edir ki, hazırkı neft qiyməti onlar üçün qənaətbəxşdir. Yaxud, “OPEC+” qiymətlərin indiki zənbildə qalmasının tərəfdarıdır.

Təşkilatın iri neft təchizatçıları bu addımı mövsümi amillər nəzərə alınmaqla atdıqlarını bildirsələr də, əslində dünya bazarında baş verən son fraqmentasiyalar, geosiyasi mürəkkəbliklər, neft istehlakında dəyişmələr, ABŞ-ın sərt ticarət tətbiqləri və digər amillər neft kvotasında yeni artım qərarının qəbul edilməsində təsiredici rol oynayıb. Qlobal enerji analitiklərinin, habelə beynəlxalq iqtisadi institutların qənaətinə görə, 2025-ci ilin əvvəlindən formalaşan qlobal iqtisadi meyillər dünya üzrə xammal bazarlarına da təsirsiz qalmayıb, fevral ayından etibarən əmtəə qiymətlərində enmə tendensiyası müşahidə olunub. Bu situasiyaların növbəti ildə də davam edəcəyi istisna olunmur.

2026-cı ildə “qara qızıl”a tələb azalacaq

Dünya Bankının məlumatlarına əsasən, cari ildə xammal qiymətləri orta hesabla 10 faiz azalıb və bu neft tədarükçülərinin müxtəlif rüblərdə verdiyi qərarlarla müəyyən qədər səngiyib, ancaq enerji qiymətlərində artımların olacağı ehtimalı zəifdir. Proqnozlara görə, 2026-cı ildə bəzi enerji və metal məhsullarının  istehsalının genişlənməsi, habelə müxtəlif təsərrüfatı məhsullarında təklif  məhdudiyyətlərinin yumşaldılması fonunda azalmanın səngiyərək qlobal bazar dəyərinin 6 faizə enməsi fərz edilir. “OPEC+” ölkələrinin xam neft hasilatında artım qərarlarına baxmayaraq, qlobal neft tələbinin azalması gözləntiləri səbəbindən neft qiyməti ilə bağlı azalma dinamikası proqnozlaşdırılır. Yəni bu o deməkdir ki, “OPEC” və “OPEC+” ölkələri dünya bazarında neft tədarükünün həcmini artırsa da, “qara qızıl”ın qiyməti 2025-ci ildəki dəhlizdən də aşağı enəcək.

Beləliklə, hasilatçı ölkələrin yeni qərarından sonra qlobal bazara çıxaracağı neftin gündəlik həcmi 38,185 milyon barel təşkil edəcək. Bu, qlobal neft bazarının təxminən 40-42 faizi deməkdir. Ümumilikdə, gündəlik qlobal neft tədarükünün (104 milyon barel) təxminən 42 faizi həmin 8 ölkəyə məxsusdur.

Valyuta Fondu ümidverici proqnoz vermir

Qeyd edək ki, son aylarda qlobal bazarlarda xam neftə olan tələb azalmaqda davam edir. Buna müxtəlif ölkələrdə iqtisadi fəallığın azalması, o cümlədən ABŞ və Avropa İttifaqında sənaye və enerji sektorunda işgüzarlığın zəifləməsi, qlobal bazarın ən nəhəng istehlakçısı olan Çində gözləniləndən daha az xam neft tələbinin qeydə alınması, bərpa olunan enerjiyə keçidin sürətlnməsi də digər faktorlar təsir göstərməkdədir. Beynəlxalq Enerji Agentliyinin (IEA) gözləntilərinə görə, Avropa ölkələrində, o cümlədən əsas iqtisadi güc olan Almaniyada neft tələbi sutkada 100 min barelə yaxın azalıb, ABŞ-da istehsal fəaliyyəti cari ilin ötən aylarında ardıcıl olaraq aşağı düşüb. Bu tendensiyasnın 2024-cü ilin son rübündə və cari ilin ilk rübündə də davam edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondunun və qlobal enerji agentliklərinin proqnozlarına görə, dünya iqtisadiyyatında yavaşlama tələbin azalmasını təşviq edəcək. Bu isə orta qiymət əmsalının 60-62 dollar çərçivəsində qalmasına səbəb olacaq. 

Bu meyilləri nəzərə alan “OPEC+” və OPEK üzvləri bazara daha çox neft göndərməyi məqsədəuyğun saymır. Əlavə neft tədarükü bazarda izafi enerji həcmləri yaratmaqla, indiki sabit qiymətlərin ritminin daha da poza bilər. Kartel ölkələrinin enerji analitiklər hesab edirlər ki, dünya iqtisadiyyatında cüzi artım faizinə və sənayenin artma tələbatına uyğun neft tədarükün cəlb edilməsi vacibdir. Bu baxımdan “OPEC+”in gündəlik hasilatı 137 min barel əlavə neft tədarükü qlobal bazarın cəmi 0,01 faizi olmaqla birjalara ciddi təsir göstərə bilməz. Yəni dünya neft bazarında qiymət zənbilini formalaşdırmır. Ona görə də, alynas ölkələrinin bu qərarını dünya neft bazarının əsas təchizatçıları olan “OPEC” ölkələri də anlayışla qarşılayıb.

“OPEC” optimal qiyməti 70 dollar hesab edir

Yeri gəlmişkən, “OPEC+”dən fərqli olaraq, “OPEC” dövlətləri bazara çoxlu neft çıxarmaq niyyətində deyil, onların qənaətinə görə, daha çox tədarük bazar çox ciddi şəkildə təsir edə bilər, əksinə, hasilatı azaltmaqla qlobal bazarı müəyyən qədər “sıxmaq” mümkündür ki, bu da qiymətlərin artmasına gətirib çıxarır. Ona görə də, kartel ölkələrinin qiymət dəhlizini sabit saxlamaq üçün əlavə hasilatalara gedəcəyi mümkün görünmür. Ümumilikdə, “OPEC” ölkələri qlobal bazar üçün optimal qiymətin indiki şəraitdə 70 dollar olmasını sərfəli hesab edir. Kartel ölkələri hesab edir ki, dünya bazarında neftin qiyməti təbii olaraq deyil, süni yollarla da dəyişdirilir. Belə ki, ucuzlaşma hasilatın artırılması, nəqliyyat xərclərinin artması və s. amillərlə bağlı deyil, bazara süni müdaxilələr olur ki, bu da təchizatçıların planlaşdırmasını pozur.

“OPEC+” və ya səkkizlik ölkələrinin növbəti görüşü cari il noyabrın 30-da keçiriləcək. Bazarda neftin qiymətlərindən asılı olaraq hasilatın artırlıb və ya azaldılmasına dair yeni qərarın veriləcəyi istisna edilmir.

ELBRUS

Seçilən
39
1
yeniazerbaycan.com

2Mənbələr