AZ

Bir məktuba iki cavab

Yaşadığımız Yaşma massivində əvvəllər 5-10 ev var idi. İndi isə burada 1000-ə yaxın ailə yaşayır. Bütün infrastruktur normal şəkildə qurulub. 

Gün ərzində Sumqayıtda ictimai nəqliyyat ardıcıl şəkildə işləyir. Son zamanlar internetlə də təmin edilmişik. 90 döngəsi, 4 küçəsi olan Yaşmada təmizlik məsələləri də normaldır. Hərə öz qapısının ağzını təmiz saxlayır. Evlərin qarşısında quraşdırılan işıqlandırma sistemi isə məhəllələrin gecəsini gündüzə çevirir. 

Amma ərazidə bir dənə də olsun zibil konteyneri yoxdur. Əhali tullantıları hara gəldi atır. Massivin bir addımlığında yerləşən Şirvan qəsəbəsində yol kənarına onlarca zibil qabı qoyulub. Yaşıllıq içində olan, əsasən bağ evlərindən ibarət olan Yaşmaya 10-15 zibil konteyneri kifayət edər ki, yol ətrafına zibil atılmasın. Görəsən bunu anlamaq o qədərmi çətindir?!

 

İsmayıl ƏLİZADƏ,

Sumqayıt şəhər Yaşma massivinin sakini

Seçilən
34
azerbaijan-news.az

1Mənbələr