AZ

Serbiyada baş məşqçi oyun zamanı vəfat edib

Serbiya Superliqasında çıxış edən “Radniçki” futbol klubunun baş məşqçisi Mladen Jijoviç oyun zamanı dünyasını dəyişib.

Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə qarşılaşmanın 22-ci dəqiqəsində baş verib. Jijoviç qəfil olaraq skamyada huşunu itirib.

O, dərhal xəstəxanaya aparılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Futbolçular məşqçinin ölüm xəbərini oyunun 41-ci dəqiqəsində birbaşa meydanda öyrəniblər. Bundan sonra görüş dayandırılıb, oyunçular isə ağlayaraq meydanda diz çöküblər.

Qeyd edək ki, 43 yaşlı Mladen Jijoviç “Radniçki”nin baş məşqçisi kimi cəmi üçüncü oyununa çıxmışdı.

“Fiorentina” idman direktorunu qovub

"Liverpul" heyətini serb forvardla gücləndirmək istəyir

"Ayaks" - "Qalatasaray" matçının hakimləri məlum olub

“Çelsi”nin Bakıya səfər proqramı müəyyənləşib

"Beşiktaş"ın borcu açıqlanıb

Seçilən
16
5
apasport.az

7Mənbələr