Çempionlar Liqasının Liqa mərhələsində IV tur bu gün başlayacaq.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçiriləcək.

Bu gün 2 maraqlı matç baş tutacaq. "Liverpul" "Real Madrid"i, PSJ isə "Bayern Münhen"i qəbul edəcək.

Bu komandalardan "Real Madrid", PSJ və "Bayern Münhen" itkisiz irəliləyir. "Liverpul"un isə yeganə xal itkisi "Qalatasaray"ın meydanında olub.

Praqada "Slaviya" "Arsenal"ı qəbul edəcək. Bu oyunu azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

"Qarabağ" qalan rəqiblərindən ikisi bu gün Neapolda üz-üzə gələcək. "Napoli" "Ayntraxt"la üz-üzə gələcək.

Çempionlar Liqası, Liqa mərhələsi IV tur

4 noyabr (çərşənbə axşamı)

21:45 "Napoli" - "Ayntraxt"

21:45 "Slaviya" (Praqa) - "Arsenal"

00:00 "Liverpul" - "Real Madrid"

00:00 PSJ - "Bayern Münhen"

00:00 "Atletiko" (Madrid) - USG (Belçika)

00:00 "Yuventus" - "Sportinq"