AZ

Yolumuz təhlükə saçır

Biz Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Qarabağ küçəsində yaşayırıq. Yaşadığımız qəsəbə "Köhnə aeroport" adlanan avtomobil yolunun üzərindədir. Həmin avtomobil yolu Sabunçu rayonu ilə Suraxanı rayonunu ayırır. Bu yol "Komsomol dairəsi"ndən başlayaraq, "Şuşa" qəsəbəsinə və yeni aeroport xəttinə birləşir. 

Diqqətinizə çatdırırıq ki, qeyd edilən avtomobil yolu çox böyük təhlükə mənbəyidir. Belə ki, bu yol üzərində hər iki tərəfdə çox sayda əhali məskunlaşıb. Yol darısqaldır, çünki hər iki tərəfdə çoxlu iaşə obyektləri tikilib. Maraqlısı odur ki, bu magistralda hərəkətin intensiv olmasına baxmayaraq, heç bir texniki vasitələrdən istifadə edilmir. Bu gün Azərbaycanın ən ucqar kəndlərindəki avtomobil yolları belə texniki vasitələrlə təchiz olunub. Lakin ən çox hərəkət olan bu magistralda nə bir işıqfor, nə bir radar, nə də bir qadağanedici işarələr var. Magistralda hətta yol polisi də xidmət aparmır. Sürücülər də bundan istifadə edərək hər gün çoxlu qəza vəziyyəti yaradırlar.

İndi bizi bir sual düşündürür: belə təhlükəli vəziyyət nə vaxtacan davam edəcək?

Bakı şəhəri Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 

Qarabağ küçəsinin sakinləri adından:

Tahirə Əsgərova, Rabil Həmzəyev,  İntizam Sadıqov, Nərminə Quliyeva, Günel Abbasova, Xatirə Əliyeva,

Nuriyyə Osmanova, Aynurə Məmmədova, Afiq Osmanov, Aslan

Arixov 

Seçilən
52
azerbaijan-news.az

1Mənbələr