AZ

Uolts: Beynəlxalq qlobal standartları Rusiya və Çin müəyyən etməməlidir...

Vaşinqton BMT-də fəallığı artırmaq niyyətindədir...

Poliqon xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib. Daimi nümayəndə qeyd edib ki, Vaşinqton beynəlxalq arenada, xüsusilə də Birləşmiş Millətlər Təşkilatında fəal rol oynamalıdır. Onun sözlərinə görə, məqsəd Rusiyanın və Çinin qlobal qaydaları müəyyən etməsinə yol verməməkdir.

Uolts bu fikirləri Breitbart nəşrinə müsahibəsində səsləndirib.

“Biz seçim qarşısındayıq. Ya kənara çəkilib Çinə, Rusiyaya və digər ölkələrə dünya standartlarını müəyyən etməyə icazə veririk, ya da prosesə müdaxilə edib, öz şirkətlərimiz və ‘Amerika hər şeydən öncə’ gündəliyimiz üçün mübarizə aparırıq”, deyə diplomat vurğulayıb.

ABŞ nümayəndəsi əlavə edib ki, BMT-nin qərarları ABŞ-dakı həyatın bütün sahələrinə təsir göstərir, buna görə də Vaşinqton bu platformada öz maraqlarını qətiyyətlə müdafiə etməlidir. O, həmçinin BMT-nin islahatının zəruriliyini qeyd edib və bu prosesin Donald Tramp administrasiyasının sülhməramlı təşəbbüslərini dəstəkləmək üçün mühüm olduğunu vurğulayıb.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr