AZ

Qəzza: İsrail 45 fələstinlinin cəsədini qaytarıb

HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi İsrailin Fələstin ərazisində oktyabrın 10-dan qüvvədə olan atəşkəs razılaşması çərçivəsində 45 fələstinlinin cəsədini geri qaytardığını açıqlayıb.

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu razılaşmanın şərtlərinə görə, İsrail Qəzzadan qaytarılan hər bir israilli girovun cəsədi üçün 15 fələstinlinin cəsədini qaytarmalıdır.

Qeyd edək ki, bazar ertəsi İsrail üç girovun cəsədini qəbul etdiyini təsdiqləyib. Qəzza Xarici İşlər Nazirliyi daha sonra bəyanat yayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsi ilə təhvil verilmiş 45 şəhidin cənazəsini bu gün qəbul etdiyini və qəbul edilən şəhidlərin cənazələrinin ümumi sayının 270-ə çatdığını açıqlayıb . Girovlar HƏMAS-ın 2023-cü il oktyabrın 7-də Qəzza zolağında müharibəyə səbəb olan İsrailə misli görünməmiş hücumu zamanı oğurlanıblar.

Aydın Baxış

Seçilən
28
bakivaxti.az

1Mənbələr