Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Doğuşdan sonra fəaliyyəti dayanan CCNA2 geni infarkt və ürək çatışmazlığından sonra ürək hüceyrələrinin bölünməsini yenidən bərpa edə bilər.
Aparılan tədqiqatın nəticələri "Regenerative Medicine" jurnalında dərc olunub.
Amerikalı alimlər belə nəticəyə gəliblər ki, təhlükəsiz virus vektorundan istifadə edərək CCNA2 geninin aktivləşdirilməsi ortayaşlı yetkin şəxslərdə ürək əzələsi hüceyrələrinin bölünməsini stimullaşdırır.
Bu, əvvəllər regenerasiya qabiliyyəti olmadığı hesab edilən ürək hüceyrələrinin yeni funksional toxuma əmələ gətirə biləcəyinə dair ilk sübutdur.
Təcrübədə 21, 41 və 55 yaşlı donorların ürək hüceyrələrindən istifadə edilib. /Oxu.az/
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.