AZ

Sakaryaspor un hücumçusu cinsi təcavüzdə ittiham olunur

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2023-cü ilin yayından bəri təcavüzdə ittiham olunan "Monako"nun keçmiş hücumçusu Vissam Ben Yedder məhkəmə qarşısına çıxacaq. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Dünən hakim ittiham aktı çıxarıb. Vissam Ben Yedder və qardaşı Sabri tezliklə Alpes-Maritimes Cinayət Məhkəməsində "təcavüz", "təcavüzə cəhd" və "cinsi təcavüz" maddələri ilə ittiham olunacaqlar. 

Hər iki qardaş 2023-cü ilin yayından bəri Monako yaxınlığında kirayə mənzildə baş verən hadisələrlə bağlı iki gənc qadının şikayətindən sonra rəsmi istintaq altındadır. 

Qeyd edək ki, iddia edilən hadisələr zamanı Ben Yedder "Monako"nun kapitanı idi. Hazırda isə hücumçu Türkiyənin "Sakaryaspor" klubunda oynayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
sport24.az

1Mənbələr