AZ

Bu prezidentlərin zarafatı VİRAL oldu: “Arxa qapını yoxlamalısınız”

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının ( APEC ) iclasları çərçivəsində Çin lideri  Si Tsinpin  Cənubi Koreyalı həmkarı Li Çje Myon iki “Xiaomi” mobil telefonu hədiyyə edib. Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Si Tsinpin Cənubi Koreya prezidentinin şərhindən sonra cihazlarda casusluq sisteminin mümkün olması ilə bağlı zarafat edib. Hədiyyə təqdimatı zamanı Li Çje Myon tərəddüd etmədən telefonu götürüb və Çin liderindən “Rabitə xətti təhlükəsizdirmi?" deyə soruşub. Si Tsinpin isə dünya mediasının gündəminə düşən bir cavab verib: "Arxa qapını yoxlamalısınız". Li Çje Myon isə bu cavabdan sonra gülüb və həmkarının hazırcavablığını alqışlayıb .

Qeyd edək ki, kompüter terminologiyasında “arxa qapı” autentifikasiya mexanizmlərindən yan keçən proqramdır, casuslara elektron cihazlara uzaqdan daxil olmaq imkanı verir.

Məlumat üçün buildirək ki, təklif olunan telefonlar Cənubi Koreyada istehsal olunan ekranlara malik olması ilə unikal idi. Bu cihazlarla iki ölkə siyasi və iqtisadi əlaqələri gücləndirməyə çalışır, baxmayaraq ki, Seul Vaşinqton və Pekin arasında davam edən ticarət müharibəsi fonunda ABŞ-ın əsas müttəfiqi olaraq qalır. Si Tsinpinin Cənubi Koreyaya səfəri onun son on ildən çox müddətdə ilk səfəri idi.

Li Çje Myonun sözçüsü Kim Nam-jun AFP-yə deyib ki, iki liderin danışmaq və şəxsi münasibətlər qurmaq üçün çoxsaylı imkanları olub. O əlavə edib ki, bu əlaqələr olmasaydı, bu cür zarafat mümkün olmazdı".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
bakivaxti.az

2Mənbələr