AZ

Məhkəmə küçəyə alt paltarı ilə çıxan şəxsi döyənlə bağlı qərar çıxardı

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Amil Əsədlinin (adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 07 iyul 2023-cü il tarixdə, saat 23 radələrində Şəmkir rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.


Belə ki, Amil Əsədli qonşusu, zərərçəkmiş Layiq Fərmanova (şərti) evinin qarşısına alt paltarı ilə çıxmasına irad bildirib. Bu zaman zərərçəkmiş şəxs onu vuraraq üst dodağının sol yarısı çapılıb və ona qarşı nalayiq ifadələr işlədib. Sonra təqsirləndirilən şəxs Layiqə onun azyaşlı övladının gözləri qarşısında xüsusi amansızlıqla əlləri və ayaqları ilə qəsdən vuraraq xəsarət yetirib.


Hadisədən sonra Amil Əsədli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Şəmkir Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
 

Kamal Məmmədov 



Tarix: 4 Noyabr 2025, 08:12   
Seçilən
78
pravda.az

1Mənbələr