AZ

Həbs olunandan əlillik pensiyamı ala bilmirəm HƏBSDƏKİ JURNALİST MƏHKƏMƏYƏ MÜRACİƏT EDİB

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Həbs olunduğum zaman bütün bank hesablarıma, o cümlədən pensiya hesabıma da həbs qoyuldu. Halbuki qanunvericiliyə görə pensiya hesablarına həbs qoymaq yolverilməzdir, çünki bu vəsaitlər yalnız Dövlət Sosial Müdafiə Fondu vasitəsilə idarə olunur və şəxsin minimum yaşayışını təmin edən mənbə hesab olunur.

Məhkəmə qərarında bu istisna nəzərə alınmadığı üçün pensiya hesabım bir ildən artıqdır ki, bloklanmış vəziyyətdə qalır”.

Gununsesi.info xəbər verir ki, bunu 9 il azadlıqdan məhrum edilmiş jurnalist Hafiz Babalı yaydığı bəyanatda deyib.

Jurnalist bəyan edib ki, 14 oktyabr tarixində vəkilim vasitəsilə həm Bakı Ağır Cinayətlər Məhkəməsinə, həm də Bakı Apellyasiya Məhkəməsinə hesabın açılması ilə bağlı rəsmi ərizə təqdim olunub:

”Lakin bu günə qədər heç bir cavab və ya addım atılmayıb.

Qanunvericiliyə əsasən, əlillik pensiyası yalnız və yalnız sosial müdafiə məqsədilə təyin olunur və həmin vəsait mənim bu gün üçün yeganə yaşayış mənbəyim sayılır.

Bu səbəbdən pensiya hesabım üzərindəki həbsi aradan qaldırmaq üçün məhkəmələrdən və aidiyyəti qurumlardan qanuna uyğun qərar verilməsini gözləyirəm”.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
icma.az

1Mənbələr