AZ

Bir qolla gələn qələbə və irəliləyiş

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Sabah” Premyer Liqada növbəti qələbəsini qazanıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv azarkeşləri önündə “Qəbələ”ni məğlub edib – 1:0.

Son turlarda formada olan “bayquşlar” çempionatda məğlubiyyətsizlik seriyasını 7 oyuna çatdırıb. “Sabah” sonuncu dəfə avqustda “İmişli”yə uduzub – 0:1. Komanda 9 oyundan sonra 18 xalla turnir cədvəlində 4-cü sırada qərarlaşıb.

Oyun ərzində daha çox qol epizodları yaradan “Qəbələ” fürsətləri boşa verdi. Hər iki hissədə kifayət qədər qol imkanı yaradan “qırmızı-qaralar” sonluğu qoymaqda çətinlik çəkir. Təcrübəsiz və gənc hücumçular təkbətək imkanları qaçırır, son qərarlarda səhvlərə yol verir. Çempionatda yaxşı oyunlarına baxmayaraq, xal itkilərini sıralayan “Qəbələ” gələcəkdə bunun acısını çəkə bilər.

Matçda “Sabah” adına pozitiv məqamlardan biri yayda komandaya qoşulan Aleksey İsayevin debütü idi. Daha əvvəl də “bayquşlar”da çıxış edən yarımmüdafiəçi daha sonra “Qarabağ”a üz tutmuş, “atlılar”dakı uğursuz dönəmdən sonra yenidən “Sabah”a qayıtmışdı. Debütünü X turda edən İsayevin qarşıdakı oyunlarda daha çox şans qazanacağı gözlənilir.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
futbolpress.az

1Mənbələr