AZ

"Putin sadəcə gözlərinə kül üfürür"

"Putin

"Düşünürəm ki, Tramp və ətrafındakılar nəhayət başa düşdülər ki, Putin sadəcə gözlərinə kül üfürür və Rusiyanın qalib gəlmək üzrə olduğunu özünə təlqin edərək paralel reallıqda qalmağa davam etmək niyyətində deyil. Buna görə də, bildiyimiz kimi, Rubio və Lavrovun hazırlıq görüşü belə olmadı və Tramp administrasiyası onun ikinci dəfə prezidentliyi dönəmində Rusiyaya qarşı ilk dəfə sanksiyalar tətbiq etdi".

Bunu xalqcebhesi.az-a Intermarium İnstitutunun direktoru Valentin Qayday (Ukrayna) Macarıstanın xarici işlər naziri Peter Siyartonun Belarusun "Birinci məlumat" telekanalına müsahibəsində Avropa İttifaqı liderlərinin Vladimir Putin və Donald Trampın Ukraynadakı münaqişənin həlli üçün Budapeştdə yeni görüşünün keçirilməsində maraqlı olmadıqları fikrinə münasibətində deyib.

O, qeyd edib ki, ayrı-ayrılıqda qeyd etmək lazımdır ki, Putin və Tramp arasında görüş təşkil etmək absurddur, Avropada isə ikiqat absurddur: "Məsələn, Ruzveltin Hitlerlə görüşməsini təsəvvür edə bilərsinizmi?".

Cavid

Seçilən
26
1
xalqcebhesi.az

2Mənbələr