AZ

İran kənara çəkilib prosesi sakit şəkildə izləsə daha yaxşı olar

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İran rejimi Fələstin məsələsinin həllində maraqlı deyil. Misirdə əldə edilən razılaşma fonunda bu kimi açıqlama prosesə zərbə vurmaq məqsədi daşıyır.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov İranın ali dini lideri Əli Xameneinin Vaşinqton İsraili dəstəkləməyə və Yaxın Şərqə müdaxilə etməyə davam etdikcə İran və ABŞ arasında əməkdaşlıq mümkün deyil fikrinə münasibətində deyib.

Politoloq qeyd edib ki, Fələstin məsələsi həll olarsa, İran Yaxın Şərqdə təsir gücünü itirəcək: "İran həmişə ABŞ-la süni gərginlik axtarır. İndi Fələstin xalqı üçün imkan yaranıb ki, dinc həyata qayıtsın, İsraillə sakit şəkildə təhlükəsiz yaşasın. Amma İran bunu da fələstinlilərə çox görür. Məsələ ondadır ki, İran rejimi yarandığı gündən bu günə kimi Fələstin xalqına heç bir kömək edə bilməyib. Əksinə onlara bəlalar gətirib. Bu yoldan da əl çəkmir.

ABŞ ən azı indi fələstinlilərə təhlükəsiz gələcək vəd edir.

Hesab edirəm ki, İran bu yoldan dönməlidir. Bu prosesə Azərbaycan da qoşulub. Ona görə də İran kənara çəkilib prosesi sakit şəkildə izləsə daha yaxşı olar. Bəlkə də nəticə uğurlu olacaq".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
icma.az

1Mənbələr