AZ

Polşa Ukraynanın kreditləri üzrə 26 milyon avro ödəyəcək

BAKI, 4 noyabr. TELEQRAF

Polşa hökuməti bu il Ukraynanın götürdüyü kreditlər üzrə 26 milyon avrodan çox faiz ödəyəcək.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Polşa Seyminin deputatı, “Konfederasiya” koalisiyasının lideri Qjeqoj Plaçek "X" hesabında paylaşıb.

Deputatın sözlərinə görə, Maliyyə Nazirliyi onun sorğusuna cavabında bildirib ki, Ukrayna Avropa Komissiyasına müraciət edərək götürdüyü kreditlər üzrə faizlərin ödənilməsində kömək istəyib. Bu çərçivədə Varşava 2025-ci ildə Kiyev əvəzinə 25,96 milyon avro ödəyəcək. Polşanın bu ödənişləri 2027-ci ilə qədər davam edəcək.

Plaçek xatırladıb ki, ötən il də Polşa Ukraynanın borcları üzrə təxminən 24 milyon avro faiz ödəyib.

Seçilən
53
teleqraf.com

1Mənbələr